Esse
Esse Ay karanlık, gecelerim gündüz olmuyor,
Dalında solmuş güllerim, filiz vermiyor.
Elim, kolum işe-güce varıp gitmiyor,
Gözlerimde ferim sönmüş, haberin var mı?
Bu mahnı illərdir ki, telefonumdadır, çox sevdiyim, zaman-zaman dinlədiyim bir mahnıdır. Edip bəyin bir neçə mahnısını böyük zövqlə dinləyirəm, amma bu mahnını daha çox sevirəm. Bu gün, martın 3-də sosial mediada oxudum ki, böyük sənətkar, Anadolu rokunun tanınmış simalarından biri, Türk musiqisinin usta isimlərindən hesab olunan, hər mahnısını bütün ürəyinin gücü ilə oxuyan Edip Akbayram haqqın dərgahına qovuşub, çox pis oldum, çox kədərləndim. Onu son mənzilə yola salan izdihamı görəndə bir daha nə qədər şox sevildiyinin şahidi oldum. Əslində belə sənətkarlar heç vaxt ölmürlər, onlar ölməz səsləri, sənətlərilə insanların qəlbində, yaddaşında əbədi yaşayırlar.
Böyük ustad, iki gündür ki, həm Türkiyədə, həm də Azərbaycanda səni sevənlər sənin ruhuna dualar oxuyur, səni sayğı ilə anırlar. Hər kəsin qəlbindəki yerindən xəbərin varmı? Xəbərin varmı onların qəlbindəki kədərdən? Bu esseni də sənin mahnılarının təsiri altında yazıram və sənin mahnılarındakı cümlələrdən istifadə edərək yazmağa çalışıram. Kədərimi, təəssüfümü necə ifadə edəcəyimi düşünürəm. Gedişin Türk xalqları üçün böyük itkidir... İndi səni sevənlərin gerçəkdən gecələri gündüz olmur. Sən indi bizdən uzaqda, biz isə səndən uzaqda kədərdə, qəmdəyik. İndi şəhərə gerçəkdən simsiyah qar yağdı... Oxuduğun hər mahnı qəlblərə toxunur, duyğuları dilə gətirir, qəlblərdə əks-səda verir. Hər mahnıya ürəyinin tam gücünü verən, bütün duyğuları ilə oxuyan sənətkar, sən mahnılarınla xatirələrdə əbədi yaşayacaqsan...
Ahmet Edip Akbayram 1950-ci il dekabr, ayının 29-da Qaziantepdə anadan olub. Hələ dokuz aylıq olarkən uşaq iflici keçirib. Uşaq vaxtlarından musiqiyə böyük marağı olub. Akbayram uşaqlıq illərindən danışarkən "Haftalığımdan biriktirdiğim paralarla ünlü pop şarkıcılarının konserlerine gider, eve döndüğümde aynanın karşısında onların taklitlerini yapardım" - demişdi. Uşaqlıq illərində bir orkestr qurmuş və evlerinin yanındaki bir toy salonunda amatör olaraq çalışmışdı.
Lisədə “Siyah Örümcekler” qrupu ilə birlikdə qurduqları orkestrdə Pir Sultanla Qaracaoğlanın deyişmələri üzərinə yazdıqları bəstələri çalıb oxuyardılar. İlk qramafon valını “Kendim Ettim Kendim Buldum'u“ da lisə illərində çıxartmışdı. Qramafon valı da iki fərqli adla - "Siyah Örümcekler-Gaziantep Orkestrası" ve "Edip Akbayram ve Siyah Örümcekler" başlıkları altında çıxmışdı. Ilk dəfə səhnəyə qurduğu orkestrlə birlikdə Gaziantepdən sonra ikinci ünvanı olan Adanada çıxıb. Daha sonra burada "Beyaz Saray" adlı bir kazinoda çalışmaya başlayıb.
1968-ci ildə lisəni bitirip İstanbula gedib. Həkimlik təhsili almaq üçün üniversitet imtahamlarına girib və diş həkimliyi fakultəsinə qəbul olunub. Amma müsiqiyə sevgisi daha çox olduğundan fikrini dəyişib və həyatını musiqiyə həsr edib.
İstanbula gəldikdən sonra 1971-ci ildə “Altın Mikrofon Yarışması”na qatılıb. Aşıq Veysəlin bir şeirindən təsirlənərək yazdığı ilk bestesi - "Kükredi Çimenler" ile birinci yeri qazanıb. 1974-cü ildə “Dostlar Orkestrası”nı kurub və Anadolu pop musiqisinin önde gelen isimlerinden biri olub. Daha sonra "Kara Kuzu", "Deniz Üstü Köpürür" ve "Garip" adlı 45-liklərlə ödüllər alıb və ölkə daxilində adı çəkilən bir sənətçi olub. "Aldırma Gönül" ve "Eşkıya Dünyaya Hükümdar Olmaz" adlı mahnılarıyla satış rekordlarını qırıb və “Altın Plak” qazanıb.
1979-cu ildə Ayten Hanım ile evlenib və bu evlilikden Türkü adlı qızı, Ozan adlı oğlu vardır.
1980-ci illər Edip Akbayram və ona bənzər musiqilər yazanlar üçün çətin illər idi. 1981-1988-ci illər arasında bəstələrinin TRT-də çalınması qadağan olunmuşdu.
1994-cü ildə çıxardığı “Türküler Yanmaz” Edip Akbayramın kariyerasında yeni bir səhifə açdı. Usta sənətçi albomunda yer alan mahnılarını, Sivas qətliamında hayatını itirənlərə ithaf etmişdi. Bu albomda Can Yücelin, Oktay Rifatın, Ahmed Arifin və Vedat Türkalinin etdiklərindən təsirlənərək bəstələdiyi mahnılar vardı.
Edip Akbayram: "Kalıcı bir şeyler yapmak istiyordum. Fikret Kızılok ve Cem Karacanın Anadolu ezgilerini pop çizgisinde söylemelerini örnek olarak aldım. Renk ve çizgide da uzak durmaya çalıştım. Bir Edip Akbayram olarak geliştirdim. Toplumcu müzik yapmak istedim. Müziğimde tamamen geniş halk kitlelerinin yaşamı, sorunları olmalıydı. Ancak sivri, ucuz kahramanlıklardan, İnançlarımdan, düşüncelerimden, politikamdan taviz vermeden, müzik tekniğinden yararlanarak, sorunlu, yoksul, geniş halk kitlelerine ulaşmak, daha çağdaş bir şeyler yapmak istiyordum”.
1996-cı ildə “Güzel Günler Göreceğiz”, 1997-ci ildə “Yıllar”, 1998-ci ildə “Dün ve Bu gün”, 1999-cu ildə “İlk Günkü Gibi” albomlarını musiqisevərlərə təqdim edib.
2005-ci ildə gəzmək üçün getdiyi Nevşehri çox bəyənib və buradan ev alıb. Hər yayı Avanostda keçirərdi. İstanbulda yerləşmək üçün isə Modanı tərcih etmişdi: “Moda benim cennetim... Burada kimse kimseyi rahatsız etmez. Eşimle burada tanıştım, burada evlendim. Evden çıktığımda eşe dosta, esnafa selam vererek yürümek çok keyifli. İşim olmadıkça Moda sınırlarından çıkmıyorum zaten. Asla buradan ayrılmayı düşünmedim. Burada nefes alıyorum. Moda benim için vazgeçilmez bir tutkudur."
Oxuduğum məlumatlara görə, o, ölkəsini çox sevən, şərəfli, vicdanlı bir insan idi. Heç bir mahnısında ümidsizlik yox idi, qardaşlıq, ədalət və barış vardı. Vətənininə, torpağına, millətinə ürəkdən bağlı idi. Xalqın dəyərlərinə sahib çıxan insan idi. Sənətində hər zaman Anadolu ruhu olmuşdur. Zalımın ən güclü zamanında belə, xalqın yanında olmuş, boyun əyməmiş, süfrəsində oturmamışdı. Şərəfi ilə yaşayan sənətkardı.
Edip Akbayram: “Ben bütün konserlerimde dünyadakı bütün axan kanların durması için şarkılar söylüyorum. Dilimdən düşürmədiyim 4 tane sözcük vardlr – sevgi, barış, dostluk ve kardeşlik. Çıkar yoluna dünyanın heç bir yerinde kanlar akılmasın. Suriyedeki çocuk ta benim çocuğum, Amerikadakı da benim çocuğum”.
2012-ci ildə “Mayıs” adlı son albomu yayınlanıb.
Musiqiçi kimi 500-ə yaxın şəxsi mükafatları var. Fetonun ödüllərini rədd edən 11 sənətçidən biri idi.
Böyük sənətçi “Haydarpaşa Numune Hastanesi”nde 53 gün müalicə olundu, amma çoxlu organ çatışmamazlığı səbəbindən iç qanama keçirdi və 2025-ci il martın 2-də, mübarək Ramazan günündə, saat 19:30-da 75 yaşında hayatını itirdi.
Edip Akbayram üçün İstanbul Harbiyedəki Cemal Reşit Rey Konsert Salonunda vida törəni təşkil olundu. Böyük sənətçi çiçəklərlə bəzədilmiş tabutunda son dəfə səhnəyə çıxdı, amma alqışlar altında deyil, göz yaşları ilə...Törəndə iştirak edənlər onun "zamansız bir sənətçi" olduğunu və mirasının daim yaşadılacağını qeyd etdilər. Ustad böyük bir izdihamla son mənzilinə alqışlar, gözyaşları və "Yıllar" mahnısıyla yola salındı. Üsküdarda Karacaahmet məzarlığında defn olundu.
Eh bə ustad, bu gün elə ağırıq ki, kəndimizə, sən bizdən getdin, gedəli... Gedişin səni sevənlərin dərdini şahə qaldırdı... Sən hər zaman gözəl xatırlanacaqsan...
Allah rəhmət eləsin, məkanın cənnət, ruhun şad olsun.
#Bülent Arınç #Gözaltı #Ulan #Süleyman Söylüyorum #Cem Küçük #Galatasaray Üniversitesi #akın gürler #sokağa #Ekrem İmamoğlu #ÖgretmeninBayramı68BinAtama #DevletiminYanındayım #OHAL #Atatürk #560 Milyar #Tanju #Özgür Özel #Ümit Özdağ #Hukuk #Melih Gökçek #İstanbul #Cumhurbaşkanı #Sıra #Gezi #Mansur #HER ŞEY GUZEL OLDU #Ülke #ODTÜ