Tək dil, Tək Millət, Tək Dövlət!
Bu gün Ana Dili günüdür.
Ana dilim- Türk dilidir.
Anam Türkdür- Qaraqoyunlu türklerindendir.
Anamin anasi Qaraqoyunludandir, Cıvıxlı kəndindəndir, Oguzdur.
Anamın Atasi Göyçədəndir, Qıpçaqdir.
Atam türkdür- Atamin anasi Qaramanli Türküdür. Qaraqoyunlu elində, Qaraqaya kəndində dünyaya gəlib.
Atamın Atasi Göyçənin Cil kəndindəndir, qıpçaqdir.
Türk dilində danişirlar.
Bütün kəndimiz-elimiz- obamız Türk dilində danışır.
Dilimizin adı Türk Dilidir.
Vətənimiz Azərbaycanin qərbində, Qazax -Göyçə gölü arasindaki torpaqlardir ki, Dilican dərəsi, Qaraqoyunlu dərəsi adlanir, İrəvan Xanliğina bağlidir. İrəvan Xanliği isə Türk Qacar dövlətinin bir bölgəsidir. Qacar dövlətinə bağlidir.
Biz Qacar Türk Dövlətinin təbəəsi, sonra isə Türk Dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları, varisləriyik.
Bizim torpaqlarda erməni dövləti, Ermənistan qurulanda, bizim eli obani Andronikin qırğinlarindan Nuru paşa xilas edib. Biz Enver Paşani özümüze böyük bilerik, Osmanlını isə öz dövlətimiz, Xilaskarimiz bilərik. Atamin anasi bu düşüncəni uşaqliqdan beynimizə, ruhumuza yeridib.
Biz Azərbaycan dilində və ya Azərbaycan türkcəsində danışmiriq. Biz özbə öz Türk dilində danışırıq. Qacarlar da, İrəvan xanlari da bu dildə danışirdılar.
Mənim anam Kərkükdəki, Hələbdəki, Xorasandaki, Anadoludaki, Təbrizdəki analar kimi Türkü söylərdi, bayatı deyərdi. Mənim babam Saz çalardi, Dədə Qorqud kimi şer deyərdi, öyüd deyərdi, at minərdi. Babamın türküləri Şah Xətainin türküləri idi, Uyğur türklərinin türkülərindən heç nəyi ilə fərqlənmirdi. Atamin atasinin hər kəlməsindən, oturuşundan, duruşundan, at minməsindən Türklük tökülərdi, özü isə Şah Xətai aşiqi idi. Şah Abbasın davamçisi idi. Dastan ədəbiyyatinin ən yaxşi bilicisi idi.
Türklük tökülərdi dedim, bunun nə demək olduğunu yalnîz qanıTürk olan, Türk kimi yaşayan bilər.
Atamin atası- Babam bir davanin misyonçusu, bir ruhun təmsilçisi, ötürücüsü idi.
İndi mən çox oxuduqdan sonra, Türkü tanıdıqdan sonra o ruhu dərk etmişəm.
Dədə Qorqud- Əhməd Yəsəvi- Şah Xətai- Aşıq Ələsgər- Əli babam arasindaki o ruh bağlarını indi görürəm.
Atamın anası da, atası da bütün varlıgı ilə Türk davaçisi idilər, mənim gözümdə Türkə örnək idilər, Türk kimi yaşadilar, Türk kimi öldülər.
Bu gün Kərkük və Suriya, İran, Azərbaycan, Türkiyə türkləri də anamin- atamın danişdıği dildə danışır.
Türk dilində!
Mən Türk dilinə " Azərbaycan türkcəsi", "Türkiyə türkcəsi"deyib, onun sərhədlərini daraltmaram, dilimin sərhədlərini dövlətimin sərhədləri ilə eyniləşdirmərəm, dilimin sərhədləri dövlətin sərhədlərindən böyükdür, dilimi məkanla qəfəsə salmaram, cografiyaya həbs etmərəm, dilin ömrü millətin ömrüdür, dilin ömrü, yaşı dövlətlərin yaşindan, ömründən uzundur, dövlət dağilar, çökər, dil isə yaşayar. Dilimin yaşı millətimin yaşi qədər uzundur, uludur. Dil Millətin yaddaşidir. Dilimin söz xəzinəsi, daşıdığı qan yaddaşi millətim kimi uludur, böyükdür.
Dilimi ayirmadığım kimi, Türk Dövlətlərini də bir birindən ayırmaram. Bütün türk dövlətləri mənim dövlətimdir.Millətimin dövlətidir. Türk Millətinin Tarix boyu qurduğu 14 imperatorluğun, 36 dövlətin hamsi mənimdir. Hamsinin sahibiyəm.
Gələcəkdə, Türk Dövlətlər Təşkilatı da Türk Birləşmiş dövlətlərinə çevriləcəkdir.
Tək dil, Tək Millət, Tək Dövlətdir hədəfim.
Türk millətinin yayildıği Avrasiyadaki hər türkün dilidir mənim dilim.
Dil varliğin evidir (Haydegger).
Bizim Evimiz dilimizin yayıldıgı, danışildıği YERDİR- adı TURAN!
#deprem #yazık #Lazkiye #Colani #Esad #SiyahKalp #Prof. Dr. Engin ARIK#Enerji #FBvRFC #Tadic #Mourinho #Talisca #YisifTekinistifa #Ali Rıza Aldık #AdnanSuphanoğlu #İran