Son illərdə Suriya və Azərbaycan arasındakı münasibətlər yeni bir dinamik mərhələyə qədəm qoymuşdur. Əsrlər boyu ortaq Oğuz türkləri kökünə bağlı olan Suriya Türkmənləri ilə Azərbaycan türkləri arasında yalnız mədəni və etnik bağlılıq deyil, eyni zamanda strateji əməkdaşlıq üçün də möhkəm zəmin formalaşmışdır.

Oğuz türkləri, türk etnosunun əsas qollarından biri kimi, Orta Asiyadan Orta Şərqə doğru yayılmış və Suriya, Anadolu və Azərbaycan ərazilərində məskunlaşmışlar. Bu tarixi yayılma nəticəsində Suriya Türkmənləri və Azərbaycan türkləri eyni soyun iki fərqli bölgədəki daşıyıcıları olaraq formalaşmış, dil, adət-ənənə, mətbəx, ailə və dini inanclar kimi sahələrdə ciddi ortaq xüsusiyyətlərə malik olmuşlar.
Ortaq mədəniyyətin ən önəmli simalarından biri olan XIV əsr Azərbaycan şairi İmadəddin Nəsimi, həm Azərbaycan, həm də Suriya türkləri üçün ortaq mənəvi irsin daşıyıcısıdır. Onun Hələb şəhərində edam olunaraq burada dəfn edilməsi, bu iki xalq arasında ruhani və mədəni bağların rəmzi sayılır. Nəsimi, Oğuz türklərinin ümumtürk fəlsəfi və ədəbi irsinin canlı təcəssümüdür.
Tarixi baxımdan Suriya ilə Azərbaycan arasında münasibətlər müəyyən gərginliklərlə müşayiət olunmuşdur. Əsəd rejimi dövründə, xüsusilə Qarabağ münaqişəsi zamanı Suriya Ermənistanı açıq şəkildə dəstəkləmiş, erməni silahlı qruplarına təlim imkanları yaratmış və Azərbaycanın bu fəaliyyətlərə son verilməsi ilə bağlı çağırışlarına məhəl qoymamışdır.
Lakin Əsəd rejiminin süqutu və yeni prezident Əhməd Şaranın rəhbərliyində formalaşan keçid hökuməti ilə Suriya xarici siyasətində yeni bir səhifə açmışdır. Bu yeni mərhələdə ölkə, İran və Rusiya təsirindən uzaqlaşaraq, region ölkələri ilə daha balanslı və müstəqil diplomatik münasibətlər qurmağa başlamışdır.
Əsəd rejiminin devrilməsindən dərhal sonra Azərbaycan Suriyaya humanitar yardım göstərmiş və bu yardımların sırf insani məqsəd daşıdığını bəyan etmişdir. Eyni zamanda, Azərbaycan Suriyanın yenidənqurma prosesində fəal iştirak etməyə hazır olduğunu da açıqlamışdır.
Bu yeni mərhələnin mühüm bir addımı kimi, 2025-ci ilin 18 aprelində Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Suriya Prezidenti Əhməd Şara arasında baş tutan ilk rəsmi görüş göstərilə bilər. Görüş zamanı Suriyanın şimal-şərqində yerləşən neft və qaz yataqlarına Azərbaycan şirkətləri, xüsusilə SOCAR üçün investisiya imkanları təqdim olunmuşdur. Bu, humanitar əməkdaşlıqdan iqtisadi və strateji tərəfdaşlığa keçidin simvolu kimi dəyərləndirilə bilər.

Hazırda Suriya Türkmənləri, təxminən 3 milyonluq əhalisi ilə, Azərbaycanla Suriya arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir. Onlar Azərbaycan türkləri ilə eyni dili, oxşar adət-ənənələri və mədəni dəyərləri paylaşaraq, iki ölkə arasında təbii birləşdirici funksiya daşıyırlar.
Suriya Türkmənlərinin bu gün yaşadığı bölgələr əsasən ölkənin şimal-qərb hissəsində, eləcə də Tartus, Laziqiyyə, Hums kimi şəhərlər və ətraf ərazilərlə yanaşı, Cubab əl-Zeyt, əl-Sabuniyyə, Nəzariyyə, Cəvsiyyə, əl-Ziraə, əl-Qəsir və Ərcul kimi yerləri əhatə edir. Bundan başqa, Livanın sərhəd kəndləri – əl-Nəsriyyə, Qarun, Bərima və digərləri – türkmənlərin məskunlaşdığı digər bölgələrdir.
Suriyanın Livanla sərhəd bölgələrində və Hələb şəhərində bir milyondan çox türkmənin yaşadığı təxmin edilir. Əvvəllər Colan təpələrində də yaşayan bu əhali, 1967-ci ildə İsrailin həmin ərazini işğal etməsindən sonra Dəməşq və ətrafına köç etmişdir. Colan türkmənləri əsasən bayat və əfşar tayfalarına mənsub olmuş və sayı 50 min nəfəri keçmişdir. Hums şəhəri də tarixən türkmən şəhəri olaraq tanınır və əhalisinin böyük bir hissəsini bu etnos təşkil edir.
Xüsusilə Livan sərhədinə yaxın ucqar bölgələrdə yaşayan türkmənlər arasında assimilyasiya prosesi zəif getmiş, bir çox kəndlərdə əhali əsasən türkcə danışır və adət-ənənələrini qoruyub saxlamışdır. Bu xüsusiyyətlər, onların Azərbaycan türklərinə olan yaxınlığını daha da ön plana çıxarır.
Suriya Türkmənləri ilə Azərbaycan arasında əlaqələr yalnız tarixi və mədəni ortaq irslə məhdudlaşmır. Bu gün, iki ölkə arasında başlanan humanitar əməkdaşlıq artıq strateji tərəfdaşlıq potensialına çevrilmişdir. Bu əməkdaşlığın mərkəzində isə ortaq Oğuz kimliyi, etnik və mədəni yaxınlıq, qarşılıqlı inam və regionun gələcəyinə dair ortaq vizyon dayanır.
Suriya Türkmənləri bu prosesdə həm simvolik, həm də praktik bir körpü rolunu oynayır. Onlar iki dövlət arasında münasibətlərin dərinləşməsi, mədəni əlaqələrin möhkəmlənməsi və ortaq gələcəyin qurulması baxımından mühüm bir etnik resurs olaraq çıxış edirlər. Suriya-Azərbaycan münasibətlərinin yeni dövründə Suriya Türkmənləri ilə Azərbaycan Dostluq Cəmiyyəti bu inkişafın rəmzi və daşıyıcısı olmaqla yanaşı, qarşılıqlı tərəfdaşlığın davamlılığını da təmin edən əsas platformalardan birinə çevrilmişdir.
Nəticə
Suriya Türkmənləri ilə Azərbaycan Arasındakı Tarixi, Mədəni və Strateji Əlaqələr: Ortaq Oğuz Soyundan Doğan Qardaşlıq və Humanitar Tərəfdaşlıq .Suriya ilə Azərbaycan arasında uzun illər davam etmiş soyuqluqdan sonra humanitar əməkdaşlıqla başlayan yeni mərhələ artıq strateji tərəfdaşlıq potensialına çevrilməkdədir. Bu əməkdaşlığın mərkəzində isə ortaq tarix, ortaq mədəniyyət və ortaq Oğuz kimliyi dayanır. Bu gün Suriya Türkmənləri ilə Azərbaycan Dostluq Cəmiyyəti bu prosesin simvolik və praktik daşıyıcısı olaraq tarixdə öz yerini almaqdadır.
Suriye Türkmenleri ile Azerbaycan Dostluk Cemiyeti
Dr.Muhtar Fatih BEYDİLİ – Başkan
#Suriye #Suriye Türkmen Cephesi #Katil #İsrail HacaSaldirısı #KışlamızBedelli #Eskişehirspor #girdap #Hayırlı #Çakarlı #Telef #yuzdeyüzgaming #Ateşleri Zehra Kınık #İÇMEK #Ateşiniz ##kalkmak #Dürzi #VERMEK #KASABA #ALMAK #Zehra Kınık #Genel Baskanımız BağkurSözü726GünOldu #BirlikteAffedin ArtıkYeter #Adalet #Cumhurbaşkanımız Sayın #StajVeÇıraklık #Seninleyiz Reis
Evet 247 Kişi
Hayır 8 Kişi