Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə özünü inkişaf edən və siyasi, iqtisadi, mədəni inteqrasiyanı gücləndirməyə çalışan bir platforma kimi göstərir. 2025-ci ildə Bakıda və Budapeştdə keçiriləcək toplantılar bu prosesin önəmli mərhələlərindən olacaq. Bu görüşlər həm təşkilatın strateji xəttini zənginləşdirmək, həm də gələcəyi müzakirə etmək baxımından önəm daşıyır.

Bu il bu iki şəhərin seçilməsi təsadüfi deyil. Bakı, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərlə bölgədə yeni gerçəkliklərin yarandığı və Türk dünyasının həmrəyliyinin (necə deyərlər) sınaqdan keçirildiyi bir məkan kimi çıxış edir. Budapeşt isə TDT-nin Avropaya (Batıya) açılan qapısı kimi dəyərləndirilə bilər. Qardaş Macarıstanın təşkilatda müşahidəçi statusu daşıması onun Türk dünyası ilə bağlarını gücləndirmək istəyini göstərir.

Bakı görüşü:

-Azərbaycanın tarixi Zəfərinin siyasi və iqtisadi sonucları fonunda təşkil ediləcək;

-Türk dünyasının təhlükəsizlik və müdafiə sahəsində işbirliyini müzakirə etmə imkanı yaradacaq;

-Azərbaycan üzərindən Orta Dəhliz layihəsinin genişləndirilməsi diqqət mərkəzində olacaq.

Budapeşt görüşü:

-TDT-nin Avropa Birliyi ilə münasibətlərini gücləndirmək üçün bir platforma ola bilər;

-Mədəni və iqtisadi bağların genişləndirilməsi müzakirə ediləcək;

-Macarıstanın təşkilata tamhüquqlu üzv olması məsələsi qaldırıla bilər və s.

TDT-yə yeni baxış və çağırışlar
Sözügedən toplantılar çərçivəsində hansı məsələlərin gündəmə gəlməsi mümkün görünür? –

1. Siyasi və hərbi işbirliyinin dərinləşdirilməsi:

-TDT çərçivəsində təhlükəsizlik mexanizmlərinin yaradılması;

-Birgə hərbi təlimlər və müdafiə sənayesi üzrə işbirliyi;

-Türk dövlətləri arasında informasiya təhlükəsizliyinin təmin edilməsi.

2. İqtisadi və daşımaçılıq layihələrinin genişləndirilməsi:

-Orta Dəhlizin gücləndirilməsi və bu marşrutun Avropa-Asiya ticarətində rolunun artırılması;

-Üzv dövlətlər arasında ticarət əngəllərinin azaldılması və vahid iqtisadi məkanın yaradılması;

-Türk İnvestisiya Fondunun genişləndirilməsi və yeni infrastruktur layihələrinin maliyyələşdirilməsi.

3. Mədəni və elmi inteqrasiya:

-Türk universitetləri arasında işbirliyi proqramlarının gücləndirilməsi;

-Birgə elmi-araşdırma ocaqlarının yaradılması;

-Türksoylu ölkələrin ortaq tarix və mədəniyyət dərsliklərinin hazırlanması.

***
Bizcə, hazırda TDT-nin uzunmüddətli məqsədlərindən biri Türk Dövlətləri Birliyi kimi siyasi və iqtisadi inteqrasiyanı daha da dərinləşdirməkdir. Ancaq bunun üçün bir neçə əsas şərtin yerinə yetirilməsi vacib görünür:

-Üzv dövlətlərin dış siyasət prioritetlərinin uyğunlaşdırılması;

-Ortaq hüquqi və institusional mexanizmlərin yaradılması;

-Bölgəsəl güc mərkəzləri ilə tarazlaşdırılmış siyasətin yürüdülməsi və s.

Beləliklə, bu il keçiriləcək Bakı və Budapeşt görüşləri TDT-nin gələcəyinə önəmli (və olumlu) təsirlər yarada bilər. Əgər bu görüşlərdə TDT-nin mandat-missiyasından, ən yeni dönəmin çağırışlarından irəli gələn və yuxarıda vurğuladıqlarımızı da ehtiva edən qərarlar qəbul olunarsa, bununla da, təşkilatın inteqrasiya potensialı daha da güclənəcəkdir. Türk Dövlətləri Birliyi ideyasının gerçəkləşməsinə bir addım daha yaxınlaşmış olacağıq.

“Bəlkə yarın, bəlkə yarından daha erkən”… Turan Günəşi doğacaqdır!..

Əkbər QOŞALI


Şuradan Təşkilata, Təşkilatdan Birliyə…

2025-ci ildə Bakıda və Budapeştdə keçiriləcək toplantılar bu prosesin önəmli mərhələlərindən olacaq.

Ekber GOŞALI

10.02.2025 23:19:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


EvetEvet 300 Kişi
% 96,46
HayırHayır 11 Kişi
% 3,53

Fenerbahçe ve SMS Grup İnşaat Forma Sponsorluğu Anlaşması İmzaladı:

Sorun Giderildi; Fenerbahçe dev transferi resmen açıkladı! En Nesyri gitti, Kante geldi

FENERBAHÇE YIKILMAZ ÖĞRENEMEDİN Mİ KRUNİC?

Rza Zunuzi - "Etnik hakaretler devam ederse, takımın oynamasına izin vermeyeceğiz"

Fenerbahçe Arsavev, 10'da 10'la Zirveye Göz Kırptı.

Arda Turanlı Shakhtar zirveye koşuyor: Dinamo Kiev’i 3-1 yendi

Fenerbahçeli basketbolcu sözleşmesini tek taraflı feshetti: Kulüp yasal süreci başlattı

Sadettin Saran Üç Yıldıza “Güle Güle” Demeye Hazırlanıyor

A Milliler sahneye çıkıyor: 2026 Dünya Kupası yolunda kritik üç sınavın tarih ve saatleri açıklandı

Türkiye, İsrail’i 10-3 mağlup ederek Avrupa Şampiyonu oldu

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 25 19 2 4 41 61
2.FENERBAHÇE A.Ş. 25 16 0 9 32 57
3.TRABZONSPOR A.Ş. 25 16 3 6 22 54
4.BEŞİKTAŞ A.Ş. 25 13 5 7 15 46
5.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 25 12 7 6 17 42
6.GÖZTEPE A.Ş. 25 11 5 9 10 42
7.KOCAELİSPOR 25 9 10 6 -3 33
8.SAMSUNSPOR A.Ş. 25 7 7 11 -3 32
9.ÇAYKUR RİZESPOR A.Ş. 25 7 9 9 -3 30
10.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 25 7 9 9 -10 30
11.CORENDON ALANYASPOR 25 5 8 12 -4 27
12.NATURA DÜNYASI GENÇLERBİRLİĞİ 25 6 12 7 -6 25
13.TÜMOSAN KONYASPOR 25 5 11 9 -10 24
14.HESAP.COM ANTALYASPOR 25 6 13 6 -15 24
15.İKAS EYÜPSPOR 25 5 13 7 -17 22
16.KASIMPAŞA A.Ş. 25 4 12 9 -15 21
17.ZECORNER KAYSERİSPOR 25 3 11 11 -27 20
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 25 3 17 5 -24 14

YAZARLAR