ORDUBADIN UNUDULMUŞ MİRVARİSİ: ALBAN MƏBƏDİ

 

Ölkəmiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da multikulturalizm ənənələri ən yüksək səviyyədə yaşadılır. Bunun ən bariz nümunəsi muxtar respublikanın Ordubad rayonunda yerləşən məbədidir. Uzun illər baxımsız vəziyyətdə qalan bu tarixi abidənin bərpa edilməsi Ordubadda tarixi-memarlıq abidələrinə göstərilən qayğının, multikulturalizm ənənələrinin ən yüksək səviyyədə yaşadılmasının nəticəsidir. Azərbaycanın “İncisi” kimi tanınan, Ordubad rayonu Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Bu rayon hər bir neməti ilə məhşurdur. Rayon sakinləri öz sadəliyi, qonaqpərvər və xoşxasiyyətliliyi ilə hər zaman seçilmiş, tarixi abidələrimizi böyük həssaslıqla qoruyub saxlamışlar. Buna görə də Heydər Əliyev bu ərazini tarixi-mədəniyyət qoruğu adlandırmışdır.

Onu da qeyd edək ki, Ordubad hələ qədim zamanlardan şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məhşur olub. Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, milli irs və düşüncə sisteminin unikal ifadə vasitəsinə çevrilmiş bu tarixi-memarlıq abidələri həm də Ordubadın hələ orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Bu gün Avropanın qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir abidələr ucaldılan Ordubadda tarixi-memarlıq abidələrinə də diqqət və qayğı artırılıb. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi abidələr bərpa olunur. Şərq memarlığı ilə Avropa memarlığının sintezi nəticəsində qədim görünüşü qorunub saxlanılan müasir bir şəhər yaradılıb. Ordubad məbədi də daxil olmaqla bərpa olunan tarixi-memarlıq abidələri ilə müasir abidələr Ordubadda vəhdət təşkil edir, şəhərə xüsusi gözəllik verir.
Ordubad məbədinin ümumi sahəsi 110 kvadratmetrdir. Ötən illərdə abidənin daxilində, qüllə və günbəzlərdə bərpa işləri aparılıb, fasadı üzlənib, ətrafı abadlaşdırılıb. Məbəddə Ordubada aid tarixi abidələrin fotoları və rəsmləri nümayiş etdirilir.

Rayon ziyalıları ilə söhbət zamanı onlar bildirdilər ki, muxtar respublikanın bütün bölgələrində, o cümlədən Ordubad rayonunda aparılan abadlıq, quruculuq tədbirləri bütün sahələri əhatə edib. Bu çərçivədə tarixi abidələrin bərpası və onların qorunub saxlanılması da diqqət mərkəzindədir. Ordubadlı tanınmış sənətşünas Cabir Cabbarov dedi ki, sovet dövründə bir sıra tarixi abidələr, dini ibadətgah yerləri kimi Ordubad məbədi də müxtəlif məqsədlər üçün istifadə olunub. Bu tarixi abidə yolun tam ortasında ucaldıldığı üçün həmin illərdə zaman-zaman onun sökülməsi də gündəmə gəlib. Lakin rayon ziyalılarının etirazları nəzərə alınıb və məbədə toxunulmayıb.

Cavid Cabbarovun sözlərinə görə, məbəd 1829-cu ildə rus əsgərləri tərəfindən inşa olunub. Uzun müddət Rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Bu gün isə abidə tam bərpa olunaraq qorunur. Məbədin bu günədək qorunub saxlanılması xalqımızın multikulturalizm, tolerantlıq dəyərlərini özünün yaşam tərzinə çevirməsinin ən bariz nümunələrindən biridir.

Multikulturalizm bu gün, ümumillikdə, Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu mənada Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi xalqımızın tarixi köklərə söykənən misilsiz qiymətə malik ənənələrinə göstərilən böyük hörmətin, ehtiramın ifadəsi olmaqla yanaşı, həm də multikulturalizmin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyinin ifadəsidir. Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan indi özünün multikulturalizm modelini dünyaya təqdim edir. Bu gün respublikamızda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişaf etdirilməsinə, təbliğinə geniş şərait yaradılıb. Ordubad məbədinin qorunub saxlanılması isə ölkəmizdə mövcud olan yüzlərlə nümunələrdən biridir. Aşağıda yerləşən şəkil məbəd restavrasiya olunduqdan sonra çəkilmişdir.
Ordubad rayonun da yerləşen məbəd haqqında Zaur Əliyev bele bir faktlar irəliyə sürmüşdür.
“Bu tikilişinə görə rus pravoslav kilsəsidir. XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və ibadətgahları inşa edilmişdir. Bu tikili də təxminən 1829-cu ildə Ordubadda yerləşən rus qarnizonunun əsgər zabit heyətinin dua etməsi üçün tikilən kilsədir. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Bəli, ilk tikilişi zamanı belə deyildi. Sadə və bir qülləsi var idi. Sonradan ruslar burdan gedəndən sonra bura heç kim yaxın durmadı. Hətta bu kilsə bir müddət anbar kimi istifadə edildi. 
Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Ona görə də bu günə qədər neç- neçə alban kilsəsi memarlığını öyrənən biri kimi deyirəm ki, restavrasiya olunan bu kilsənin Alban memarlığına və albanlara aidiyyatı yoxdur.
Bir neçə dəfə sökülməsi barədə qərar qəbul edilsə də imkanlı Ordubad sakinləri buna icazə verməyiblər. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Məbədin yaxınlığında isə süni göl tikilib və bu göldən nasoslarla suvarma şəbəkəsinə su vurulub. Buranı restavrasiya etmək qərarını kim veribsə, işləri səhv məlumat üzrə aparıb. Ordubadda o qədər restavrasiya olunası yerlər qala-qala buranı təmir edib alban adı ilə təqdim etmək savadsızlığı göstərir”.
Bəli Zaur Əliyev məbədin restavrasiya edilməsi haqqında dediyi sözlər son dərəcə doğrudur.  Alban məbədi haqqında oxuduğum məlumatlara əsassən, araşdırmalar etdim.Bu araşdırmalar nəticəsində Alban məbədi haqqında yazılan sözlərin nisbətən doğru olduğunu anladım. Bu abidə Rus qarnizonunun əsgər zabit heyətinin dua etməsi üçün tikilən kilsədir. Uzun müddət Rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Məbədin tikildiyi ərazinin yer altında, bir çox su quyuları olduğunu öyrəndim, həmin quyular abidə yaxınlığında yerləşən evlərin həyətində içməli su kimi fəaliyyət göstərir. Bu abidəni bir neçə dəfə məhv etmək istəmişlər, çunki o elə bir ərazidə tikilib ki, avtomobil yolunu çox ensizləşdirir, buda bir çox yol qəzasının olmasına şərait yaradır. Alban məbədini araşdırdığım müddətdə, üzərində yerləşən bir çox simvolla qarşılaşdım.
Onlardan biri yuxarıda göstərdiyim çiçəyə bənzər simvol, digəri isə qüllənin üstündə yerləşən Ay simvollu idi. Alban abidəsinin içərisində Ordubadın tarixi abidələrinin şəkilləri asılmışdı. Alban məbədi daxili çox gözəl və genişdir, onun sağ tərəfində 2 -ci mərtəbəsinə qalxmaq üçün pilləkən tikilmişdir. 2-ci mərtəbə çox kiçik olmasına baxmayaraq mənzərəsi gözəldir. 
Şəkilldə gördüyünüz kimi məbədin içərisində tarixi abidələrimizin, şəkilləri var mən düşünürəmki, bu şəkillər abidənin restavrasiya edildikdən sonra asılmışdır, çünki Ruslar bizim abidələrimizi qoruyub saxlamaq və sərgi şəklində ibadət məkanlarına asmaq, istəməzlər. Təəssüflər olsunki, Alban abidəsinin haqqında az məlumat verilmiş və burada ruslara aid heç bir ibadət əşyalarına, dini kitablara rast gəlmədim. Məbədin əvvəlki şəkilini araşdırdığım zaman, onun yuxarı yəni “dam” hissəsi günbəz şəklində deyil, pramida quruluşda tikilmişdir. Restavrasiya olunmadan əvvəl məbədin girişində qapının hər iki tərəfində pəncərə var idi, lakin təmir olunduqdan sonra pəncərə ləğv olunmuşdu. İstərdim ki, pəncərələrin görünüşü olduğu kimi qalardı. Tək pəncərələr  deyil qüllənin üzərinə nəzər salsanız nə qədər dəyişildiyini görərsiniz. Məbədin görünüşü artıq kilsəyə deyil məscidə oxşadılmışdır. Abidənin xarici görünüşü ilə yanaşı daxili görünüşü diqqətimi çəkdi, daxilinə Ordubad rayonunun tarixi muzeyinin fotosunu çəkmiş portred şəklində asılmışdı və hər dörd bir divarda Qobustan qaya üstü şəkillər tarixi muzeylər, körpü portredləri qoyulmuşdu. Bu araşdırma mənə yaxşı təcrübə 
qazandırdı. Kilsədə  ibadət olunmasada, tarixi abidə kimi göz oxşayır. Beləliklə bu elmi araşdırmada mənə dəstək olan əziz və hörmətli Zaman Abbaslı müəllimimə təşəkkürümü bildirirəm.
Zaman ABBASLI
Milli Müdafiə Üniversiteti Naxçıvan Hərbi Kolleci

Aysu CABBAROVA
Naxçıvan Dövlət Üniversitetinin tələbəsi

 

 

 

 

#deprem #yazık #Lazkiye #Colani #Esad #SiyahKalp #Prof. Dr. Engin ARIK#Enerji #FBvRFC #Tadic #Mourinho #Talisca #YisifTekinistifa #Ali Rıza Aldık #AdnanSuphanoğlu #İran


ORDUBADIN UNUDULMUŞ MİRVARİSİ: ALBAN MƏBƏDİ

........

Zaman ABBASLI

27.02.2025 13:14:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


Evet 6 Kişi
% 100
Hayır 0 Kişi
% 0

Cihan FULSER'in haberi-Hande Baladın gelecek sezon Fenerbahçe'de. Zehra Güneş'in transferinde detaylar kaldı.

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 27 22 0 5 41 71
2.Fenerbahçe 25 19 2 4 40 61
3.Samsunspor 26 15 6 5 14 50
4.Beşiktaş 25 12 5 8 14 44
5.Eyüpspor 26 12 7 7 11 43
6.Göztepe 25 10 9 6 10 36
7.İstanbul Başakşehir 25 10 9 6 7 36
8.Gazişehir Gaziantep 25 10 10 5 0 35
9.Rizespor 26 10 13 3 -10 33
10.Antalyaspor 27 9 12 6 -21 33
11.Trabzonspor 25 8 9 8 9 32
12.Kasımpaşa 26 7 8 11 -6 32
13.Alanyaspor 26 8 11 7 -8 31
14.Konyaspor 26 7 12 7 -8 28
15.Sivasspor 26 7 13 6 -11 27
16.Bodrum FK 26 7 13 6 -11 27
17.Kayserispor 25 6 10 9 -18 27
18.Hatayspor 25 3 15 7 -18 16
19.Adana Demirspor 26 2 20 4 -35

YAZARLAR