Öncə diqqətinizi bir soyada, bağışlayın, soysuz ada çəkim: İvanyan derlərdi ona. - Bu soysuz ad sizə tanış gəldimi? - Kristafor İvanyan (Իվանյան Քրիստափոր Իվանի; Иванян Христафор Иванович; 20.12.1920, Tiflis – 30.08.1999, Sankt-Peterburq) — keçmiş SSRİ-nin və müvəqqəti Ermənistanın generalı idi. O, həm II Dünya müharibəsində, həm də I Qarabağ müharibəsində iştirak etmiş, qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun yaradıcılarından biri olmuşdu.

Ermənilər soyqırımı törətdikləri Xocalıya İvanyanın adını qondarmışdılar. Öz kəmağılları ilə Xocalı küçələrini də ermənicə dəyişdirmiş, Xocalıya qanunsuz köç təşkil etmiş, “ikinci erməni dövləti”ni ev-ev, küçə-küçə, kənd-kənd, Xocalı-Xocalı qurduqlarına özlərini inandırmışdılar.

Tarix təkcə baş verənlərdən ibarət deyil; ona verdiyimiz anlamlar, ondan çıxardığımız nəticələr və gələcəyə necə daşıdığımızdır, tarix!.. Xocalı bu baxımdan yalnız bir faciənin baş verdiyi yerin adı deyil, həm də Azərbaycan xalqının iradəsinin, mübarizəsinin və yenilməz ruhunun simvoludur. Qanla yazılmış, göz yaşları ilə möhür vurulmuş bu səhifə artıq bir matəm gününü anlatmır; eyni zamanda, dirənişin, əzmkarlığın və zəfərin hekayəsidir!..

Xocalı Soyqırımı tariximizin ən ağrılı, lakin eyni zamanda ən böyük dərslərindən biridir. O gecə dinc insanların qətlə yetirilməsi təkcə bir xalqın yox, bəşəriyyətin yaddaşına həkk olunmalı dəhşət idi. O dəhşətli gecədən 33 il keçib. Hissimizin adı kin deyil - biz qalib xalq və qalib dövlət olaraq bizə yaraşanı edirik; lakin bu, əsla unutmaq anlamına gəlməməlidir. Unutmaq düşmənin arzuladığı bir məşğuliyyət və məğlubiyyətdir. Xocalının ən ağır gününü unutmamaq bizim borcumuzdur – ancaq ağlaşma ilə deyil, onu gələcəyə ədalət, güc və quruculuqla daşımaqla!..

Haşiyə:
366-cı alayı da unutmamışıq. Necə bir “təsadüf”dür: o alay qurulduğu ilk illərdə də türk ulusuna, İslam ümmətinə qarşı vuruşub, son pisliyini də türk ulusuna, İslam ümmətinə etdi: Türküstandan Xocalıyadək!..

Alay öz başlanğıcını bolşeviklərin Türkistanda açdığı cəbhənin 3-cü Türkistan süvari diviziyasından götürüb. 366-cı alayın “əcdad”ı olan diviziyanın bir qolu olan süvari briqadası 30-cu illərə qədər Türkmənistanda basmaçılarla döyüş əməliyyatlarında iştirak edib. Bundan öncə də, sonra isə yenidən təşkil edilmiş alayın yeri, bir müddət sonra, Özbəkistana - Fərqanə və Namanqana dəyişdirilmişdi.

II Dünya müharibəsindən sonra (1945-ci ilin oktyabrında) adı, sayı və s. bir daha dəyişdirilmiş alay, o zamankı Zaqafqaziya Hərbi Dairəsinin 40-cı Ordusunun tərkibinə - Azərbaycana köçürülümüşdü. 31-ci mexaniki qvardiya qərargahı (qoşun hissəsi 06715) və diviziyanın hissələrinin çoxu Şəmkirdə yerləşdirilmişdi. 1957-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 31-ci qvardiya mexanikləşdirilmiş diviziyası 25-ci qvardiya motoatıcı diviziyasına çevrilmişdi. Diviziyanın xətt alaylarının sayı, sıralaması yenidən dəyişincə, keçmiş qvardiya mexanikləşdirilmiş alayı 366-cı qvardiya motoatıcı alayına çevrilmiş oldu.

1985-ci ildə 366-cı alay Şəmkirdən keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati mərkəzinə köçürüldü. Rəhbərliyində xeyli erməninin olduğu keçmiş SSRİ Silahlı Qüvvələrinin bu yerdəyişmə qərarı, sizcə, təsadüf idimi? 366-cı alayın köçürülməsinə qədər keçmiş DQMV ərazisində böyük hərbi birləşmələr mövcud deyildi. Bu yerdəyişmə keçmiş Zaqafqaziya Hərbi Dairəsinin rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçilərinin gizli danışıqlarına əsasən baş verməyibsə, bəs nəyə və kimə görə baş vermişdi?..

Belə sualların cavabı, yerdəyişmədən cəmi 3 il sonra Xankəndinin baş meydanında duyulan “Miatsum” bağırtısında üzə çıxmadımı? Xocalı Soyqırımı 366-cı alayın yerdəyişməsinin öncədən planlaşdırılmış bədniyyətli hərəkətin və hərəkatın tərkib hissəsi olduğunu təsdiqləmədimi?..
Bəli,
Xocalı Soyqırımı rəsmi İrəvanla Kremlin ortaqlaşa törətdiyi insanlıq dramıdır. Nə tarixin, nə də bizim unutmaq haqqımız yoxdur!

***
Beləliklə, 
uzun illər Azərbaycan öz səsini dünyaya çatdırmaq üçün mübarizə apardı. Biz bizi eşitmək istəməyənlərə haqq davamızın ədalətli olduğunu sübut etmək üçün diplomatiya meydanında, informasiya savaşında, beynəlxalq platformalarda mübarizə apardıq. “Xocalıya Ədalət” kampaniyası təkcə bir çağırış deyil – bu, xalqımızın toxtaqlığını, diplomatik bacarığını, haqq yolunda dönməz iradəsini, ləyaqətli davranışını nümayiş etdirir.

Tarix göstərdi ki, çağdaş dünya heç də çağdaş deyil və ədalət yalnız güclə qorunur. 2020-ci ildə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad etdi.

Bundan 17 ay öncə - 2023-cü ilin payızının ilk ayında antiterror tədbirləri oldu və çox keçmədən Xocalıda da bayrağımız qaldırıldı!

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıda Dövlət Bayrağını ucaltdığı an təkcə bir simvolik hadisə deyil, tarixin dönüş nöqtəsi, daha doğrusu, haqqın qalibiyyət nidası oldu!

Xocalı artıq nə yas yeri, nə də intiqam meydanıdır!
Xocalıya qayıdış Zəfərin dirçəltdiyi ruhun təntənəsidir! Biz təkcə məğlubiyyətin yaralarını sağaltmırıq, biz torpağa yeni həyat verir, onu yenidən Azərbaycan ruhu ilə canlandırırıq.
Xocalı indi yalnız keçmişin adı, xatiratı deyil – o, gələcəyin şanıdır!

Xocalı Soyqırımını, 
Qarabağın keçmişdəki qara günlərini, 
bir sözlə, Azərbaycan həqiqətlərini dünyaya məğrur görkəmdə çatdırmaq, milli gücümüzü qorumaq başqa bir dirçəliş hadisəsi, ayrı nizam, fərqli düzəndir.
Nə ağlaşmağa, nə də unutmağa bir daha yol verməyəcəyik! 
Biz Xocalını, Qarabağı, Zəngəzuru, Azərbaycanı yaşadacaq, quracaq və gələcəyə daha güclü addımlarla irəliləyəcəyik! And olsun!

Şəhidlər ölmədi, 
Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI


O alay türkün qətli üçün yaradılmışdı, son işi də türk qətliamı oldu…

Sizə bir adıyaman alaydan danışacam amma az sonra…

Ekber GOŞALI

25.02.2025 19:23:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


Evet 263 Kişi
% 97,04
Hayır 8 Kişi
% 2,95

Fenerbahçe Arsavev, 10'da 10'la Zirveye Göz Kırptı.

Arda Turanlı Shakhtar zirveye koşuyor: Dinamo Kiev’i 3-1 yendi

Fenerbahçeli basketbolcu sözleşmesini tek taraflı feshetti: Kulüp yasal süreci başlattı

Sadettin Saran Üç Yıldıza “Güle Güle” Demeye Hazırlanıyor

A Milliler sahneye çıkıyor: 2026 Dünya Kupası yolunda kritik üç sınavın tarih ve saatleri açıklandı

Türkiye, İsrail’i 10-3 mağlup ederek Avrupa Şampiyonu oldu

Fenerbahçe’de Ederson Şoku! Oynayamazsa 3. Kaleci Tarık Çetin Kaleyi Koruyacak

Muhteşem Başarı: Muhammed Furkan Özbek’ten Dünya Rekoru ile Gelen Dünya Şampiyonluğu!

Rus sporcular Gence'deki açılış törenini boykot mu ediyor?

Son Dakika: Yusuf Ayçiçek Al-Hilal’de

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 15 11 1 3 21 36
2.TRABZONSPOR A.Ş. 15 10 1 4 14 34
3.FENERBAHÇE A.Ş. 15 9 0 6 18 33
4.GÖZTEPE A.Ş. 15 7 3 5 9 26
5.BEŞİKTAŞ A.Ş. 15 7 4 4 7 25
6.SAMSUNSPOR A.Ş. 15 6 2 7 6 25
7.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 15 6 4 5 -1 23
8.KOCAELİSPOR 15 5 6 4 -3 19
9.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 15 4 6 5 3 17
10.CORENDON ALANYASPOR 15 3 4 8 -1 17
11.TÜMOSAN KONYASPOR 15 4 7 4 -4 16
12.GENÇLERBİRLİĞİ 16 4 9 3 -4 15
13.ÇAYKUR RİZESPOR A.Ş. 15 3 6 6 -6 15
14.KASIMPAŞA A.Ş. 16 3 7 6 -7 15
15.HESAP.COM ANTALYASPOR 15 4 8 3 -11 15
16.İKAS EYÜPSPOR 15 3 8 4 -8 13
17.ZECORNER KAYSERİSPOR 15 2 6 7 -17 13
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 15 2 11 2 -16 8

YAZARLAR