Bəlli olduğu kimi, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin uçağı kənar müdaxilə nəticəsində idarəetməni itirərək Qazaxıstanın Aktau şəhərində məcburi eniş etdi. Qroznıda, Mahaçqalada, Həştərxanda, öz Zaqatalamızda, Gəncəmizdə, Bakımızda deyil, lap Tiflisdə də deyil, ancaq dənizin o üzündə endi. Çünki zalımlar iş başındaydı. Hətta səriştəsizlik, bacarıqsızlıqdırsa da, zalımlığa bükülüdür… Yer üzündə, hələ-hələ Göyüzü yolçuluğu edən çox az adam bu barədə bilməmiş olar.

Uçağı dənizdən keçirib (mümkünsüzü mümkün qılıb), Aktauda güc-bəla endirən ekipaj üzvlərinin qəhrəmanlığı, rəşadəti, elə məhz bu adlardakı yüksək dövlət təltifləri ilə ödülləndirildi: Prezident İlham Əliyev həlak olan 3 ekipaj üzvünü Azərbaycanın Milli Qəhrəmanı fəxri adı, sağ qalan iki ekipaj üzvünü isə l dərəcəli “Rəşadət” ordeni ilə təltif etdi.

Prezidentin yeni ilin ilk rəsmi qəbulunu, qəzada həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə keçirməsi, dövlətin və xalqın onlara olan dərin sayğısını əks etdirir. Görüş zamanı Prezident İlham Əliyev pilotların peşəkarlığını və qəhrəmanlığını bir daha vurğulayaraq, onların sayəsində 30-a yaxın insanın həyatda qaldığını şükranlıqla bildirdi.

Prezident İlham Əliyevin ekipaj üzvlərinin peşəkarlığına verdiyi yüksək dəyər, ümumən hadisəyə münasibəti (necə deyərlər) bu dastanın mənəvi təməlini təşkil edir. Yüksək təltiflər dövlət başçısının qəhrəmanlığa və peşəkarlığa verdiyi dəyərin özüdür. Bəli, bu, yalnız bir qəhrəmanlıq deyil, həm də peşəkarlığın, cəsarətin, insan həyatını qorumaq uğrunda canını fəda etməyin unudulmaz örnəyidir – Azərbaycan örnəyi!

Prezidentin ekipaj üzvlərinin ailələri və sağ qalan ekipaj üzvləri ilə görüşü bu hadisənin sadəcə dövlət səviyyəsində bir məsələ olmadığını, onun dərin mənəvi yük daşıdığını göstərdi. Yalnız öz peşə borcunu yerinə yetirməklə qalmayıb, danılmaz qəhrəmanlıq, rəşadət göstərən ekipajın xilas etdiyi həyatlar, rəsmi və xəlqi reaksiyalar ekipajın fədakarlığını yaddaşımızda daim yaşadacaq.

Bu hadisə bizə bir daha xatırlatdı ki, dövlətçilik yalnız qanunların və institutların deyil, həm də dəyərlərin üzərində qurulur. Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə, milli həmrəyliyi yalnız böhranlarda deyil, hər bir məsələdə əsas prinsip kimi qəbul edir. Uçuş heyətinin cəsarəti dövlətimizin və cəmiyyətimizin sözübütövlüyü və xəlqi dəyərlərlə necə sıx bağlı olduğunu bir daha sübut etdi.

Bu hadisə, eyni zamanda, dövlətin strateji sahələrdə təhlükəsizlik məsələlərinə necə ciddi yanaşdığını və insan kapitalını necə yüksək qiymətləndirdiyini göstərir. Hər bir azərbaycanlının həyatı, təhlükəsizliyi və rifahı dövlətin ali məqsəd-vəzifələri içində yalnız sənədlərdə deyil, gerçək həyatda öz əksini tapınca, başımız ala buludlara dəyir, qürur duyuruq. Qəhrəmanlıq, qəhrəmanlarımız unudulmazdır və onların ailələri daim dövlətin, cəmiyyətin diqqət mərkəzində olacaqdır.

Yəni, söhbət yalnız aviasiya təhlükəsizliyindən getmir, həm də insanlıq dəyərləri, fədakarlıq və peşəkarlığın vəhdətini əks etdirən bir örnəkdən danışırıq.

Beləliklə,

bu hadisə yalnız bir aviasiya qəzası deyildi – dövlətin öz vətəndaşlarına qarşı məsuliyyətinin, cəmiyyətin öz qəhrəmanlarını ucalara qaldırmağı bacarmasının, bir xalq olaraq ləyaqətimizi qoruyub saxlamağımızın göstəricisidir.

Dövlətin, cəmiyyətin belə hadisələrdə zərərçəkənlərə, onların ailələrinə dəstək olması, milli həmrəyliyin, birliyin və xəlqi ləyaqətin növbəti parlaq təcallasıdır.
 

#Ekber Koşalı #Uçak kazası #Presidant #Yaralı


Əkbər QOŞALI – Məsuliyyətin dövlət manifesti

Prezidentin yeni ilin ilk rəsmi qəbulunu, qəzada həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə keçirməsi, dövlətin və xalqın onlara olan dərin sayğısını əks etdirir.

Ekber GOŞALI

6.01.2025 18:38:00

Traktör Şazi'nin maçları TRT'de yayınlansın mı?


Evet 261 Kişi
% 97,02
Hayır 8 Kişi
% 2,97

Fenerbahçe Arsavev, 10'da 10'la Zirveye Göz Kırptı.

Arda Turanlı Shakhtar zirveye koşuyor: Dinamo Kiev’i 3-1 yendi

Fenerbahçeli basketbolcu sözleşmesini tek taraflı feshetti: Kulüp yasal süreci başlattı

Sadettin Saran Üç Yıldıza “Güle Güle” Demeye Hazırlanıyor

A Milliler sahneye çıkıyor: 2026 Dünya Kupası yolunda kritik üç sınavın tarih ve saatleri açıklandı

Türkiye, İsrail’i 10-3 mağlup ederek Avrupa Şampiyonu oldu

Fenerbahçe’de Ederson Şoku! Oynayamazsa 3. Kaleci Tarık Çetin Kaleyi Koruyacak

Muhteşem Başarı: Muhammed Furkan Özbek’ten Dünya Rekoru ile Gelen Dünya Şampiyonluğu!

Rus sporcular Gence'deki açılış törenini boykot mu ediyor?

Son Dakika: Yusuf Ayçiçek Al-Hilal’de

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 15 11 1 3 21 36
2.FENERBAHÇE A.Ş. 15 9 0 6 18 33
3.TRABZONSPOR A.Ş. 14 9 1 4 13 31
4.GÖZTEPE A.Ş. 14 7 2 5 10 26
5.SAMSUNSPOR A.Ş. 15 6 2 7 6 25
6.BEŞİKTAŞ A.Ş. 14 7 4 3 7 24
7.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 14 6 4 4 -1 22
8.KOCAELİSPOR 14 5 6 3 -3 18
9.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 15 4 6 5 3 17
10.CORENDON ALANYASPOR 14 3 4 7 -1 16
11.TÜMOSAN KONYASPOR 15 4 7 4 -4 16
12.ÇAYKUR RİZESPOR A.Ş. 15 3 6 6 -6 15
13.HESAP.COM ANTALYASPOR 14 4 8 2 -11 14
14.KASIMPAŞA A.Ş. 14 3 7 4 -7 13
15.İKAS EYÜPSPOR 15 3 8 4 -8 13
16.ZECORNER KAYSERİSPOR 15 2 6 7 -17 13
17.GENÇLERBİRLİĞİ 14 3 9 2 -7 11
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 14 2 10 2 -13 8

YAZARLAR