Hoşça kal Yarın!
Bu sağ sol çatışmalarında infaz edilmiş idealist gənclərin sloqanıdır
Bu günlərdə "Hatırla sevgili" filmini seyr etdim. Türkiyənin 60- cı illər tarixi filmə köçürülüb.
Amerikan imperializmi ilə Rusiya imperializmi arasinda sıxişib qalmış Türkiyəmizin dövlət kimi varlığini sürdürməsi üçün nə qədər böyük qurbanlar verdiyini, siyasi çalxantılarını, bu çalxantılar içindəki saf siyasi-ideoliji idealizmlərin savaşinı, idealist gənclərin of demədən öz canlarını qurban vermələrini, ölümə meydan oxumalarını, ölümü öldürdüklərini, yol arayışlarını izlədim. Amerika imperializmi ilə Rus imperializmi arasinda sıxışıb qalmış Türkiyəmiz, Dövlətimiz son 100 ildə nə qədər qurbanlar vermişdi, iç savaşlardan çıxmışdi, çətin sınaqlar qarşisinda qalmışdı.
Son 100 ildə Azərbaycanı Rus imperializmi yeyib bitirdiyi kimi, Türkiyəmizi də Amerika imperializmi- NATO yeyib bitirmişdi. Azərbaycan aydınları Rus imperializminə qarşı bağımsız Azərbaycan sloqanlarını hayqırirdisa, Rus KKB zindanlarinda can verirdisə, Türkiyə aydînlari Amerika imperializminə qarşi bağımsiz Türkiyə sloqanlari hayqırırdilar və işkəncələrlə həyatlarını itirirdilər.
Bu proses təkcə Türkiyə və Azərbaycanda yaşanmadı. XX əsr boyu Amerika-Rusiya imperializmi arasında sıxışib qalmiş 3- cü dünya ölkələrinin hamsında- Çində, Hindistanda, Latın Amerikasi ölkələrində, Afrikada, İranda, Asiyada, Şərqi Avropada, Ərəb ölkələrində yaşandı.
Bütün 3 - cu dünya ölkələri elitaları son 100 ildə kapitalizm-sosializm, indi isə demokrasi- avtokrasi siyasi sistemləri qurmaq uğrunda 2 qütbə ayrılib savaşmışlar və bir - birini qətl etmişlər.
"Hatırla sevgili" filmində sağçılarla solçuların bir- birini necə yox etdikləri, işkəncələr, infazlar əks olunub. İnsan həyatlari ideolojilərə qurban verilib.
Türkiyədəki sağ-sol çatışmalarının arxasındakı acımasız gücü- Amerika imperializmini gördükcə dərindən sarsildim. Amerika imperializmi ilə Rus imperializmi mexanizmləri etibari ilə demək olar ki, eynidir, 3 dünya xalqlarına münasibətdə və öldürmə mexanizmlərində bir birindən heç bir fərqi yoxdur. Sadəcə olaraq biri liberalizm- demokrasi, o birisi sosializm- avtokrasi adi ilə öldürür. Biz isə bu imperializm arasinda bölünmüş, parçalanmış qurbanlarıq. Bu günkü ölkələr içindəki (Azərbaycandaki) demokrasi- avtokrasi qarşıdurmalari da Rus-Amerika imperialist qarşidurmalarinin davamından başqa bir şey deyildir.
Türkiyəmiz, Osmanli dönəmində də Rus-Bati dunyası tərəfindən sixiştırildi, iç savaşlar yaşadı, Soyuq savaş dönəmində də ideoloji bölünmeler, iç savaşlar yaşadi, Soyuq savaş bitdikdən sonra da, son 30 ildir iç savaşlar yaşamaqdadır. Etnik savaşlar, sözde erməni soyqırımlari kimi yalanlarla kısnamalar, iç ideoloji savaşlar, Amerikan imperializminin ürətdiyi Feto, PKK, PYD, YPK savaşları. Sağdaň, soldan saldırırlar.
Fəqət önəmli bir məsələ vardır. Biz Rus ordularinı Azərbaycandan çıxartdıq, Türkiyə Amerika hərbi bazalarindan qurtula bilmədi. Türkiyə Amerika hərbi bazalari ilə çevrilmiş durumda.
P.S.
1. Bu iç çatışmalarda Süleyman Dəmirəlin, Ecevitin və N.Ərbəkanin mövqelərinə diqqət edin. Türkiyənin saf gənclərinə ölüm hökmünü onaylayan Süleyman Dəmirəl şəxsiyyətinə diqqət edin.
2. Kürd açılımı, orta doğu eş başkanliği, anayasa dəyişikliyi, anayasadan türk adini çixarmalara çağiriş, Türkiyənin çox millətli federaluzmə çevrilməsinə çağirış, Ak parti ilə DEM partinin ittifaqi. DEM partinin adinda xalqlarin bərabərliyi ifadəsinin olmasi. Yəni Türkiyənin türk yox, kürd- türk xalqlarina bölünməsinə, federalizmine keçişinə çağırış edilməsi, DEM partinin Türkiyə parlamentində Kürdüstan çağirışları etməsi, Türk millətinə meydan oxumasi. Türk millətinin dövlətinin başina Türk millətinin dövlətini əlindən alacaq şəxslərin gətırilməsi. Böyük oyunlar dönür. Türk milləti oyunlari seyr edir.
Əmin olun. Yeni bir Atatürk çıxacaqdır. Bütün oyunları pozan bir Atatürk çıxacaqdır.
Türkiyə Türk Millətinin dövlətidir.
Amerika bazalari Türkiyədən çıxarılmalıdir. Amerika imperializminə qarşi bağımsız Türkiyə siyasəti yeridilməlidir.
Nə Rusiya- nə Amerika. Bağımsız Türkiyə!
Tanrı Türkiyəmizi qorusun.
Tanrı Türkü qorusun.
#Yasemen QARAQOYUNLU #Türkiye #Azerbaycan