“İrəvan qədim şəhərlərdən birisi hesab olunur. Bu şəhərin binası və təmiratı Zəngi adlanan çayın sol kənarında vaqe olubdur. Şəhərin bir hissəsi Zəngi çayının kənarında ucalmış təpə üstündə, digər bir hissəsi çuxurda düşübdür. Şimali-qərbi və şimali-şərqi tərəflərdən şəhər əhatə olunubdur uca təpələr ilə, amma cənub və qərbi-cənub tərəfləri açıq və düz yerlərdir ki, onda gözəl bağ, bağça və məzrələri vardır.
…Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”. - İrəvan şəhərinin coğrafiyası ilə bağlı bu tərif-təyin görkəmli Azərbaycan ədəbiyyatşünası Firidun bəy Köçərliyə aiddir.
İndi Ermənistan Respublikasının paytaxtı olsa da, tarixdən bəlli olduğu kimi, ermənilər İrəvana geniş surətdə 1828-ci il Türkmənçay (Rusiya-Qacarlar) müqaviləsindən sonra, 1828-30–cu illərdə köçürülüb. 1918-ci ildə isə yeni qurulan - tarixdə ilk erməni dövlətinin - Ermənistan Respublikasının paytaxtı olub. - Tarixdə başqa belə fakt demək olar yoxdur, - yəni, bir şəhər 90 il içində ora mərhələlərlə köçürülmüş başqa bir xalqın paytaxtı statusunu daşısın… Çünki:
-Orada ərazi üzərində öncədən əhalisi olmayan bir şəhər deyil, mədəniyyətcə zəngin, müsəlman-türk şəhəri mövcud idi;

-90 il öncə ora köçürülmüş bir xalq, uluslararası siyasi proseslərdən yararlanaraq həmin şəhəri özünün milli-siyasi paytaxtı elan etməyə nail oldu;
-Bu, şəhər-mülkiyyət və kimlik transformasiyasının dramatik, hüquqi baxımdan da problematik bir örnəyidir.
İrəvanda:
1829-cu ildə 9889 nəfər azərbaycanlı, 2174 erməni, 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4484 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 erməni yaşayırdı.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli iclasında keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov da vurğulayırdı ki, XX yüzilliyin əvvəlində İrəvan şəhərinin sakinlərinin 43 faizini azərbaycanlılar təşkil edirdi.
Artıq
1922-ci ildə bu qədim Azərbaycan şəhərində
5124 nəfər azərbaycanlı, 40396 erməni,
1926-cı ildə isə 4968 nəfər azərbaycanlıya qarşı 57295 erməni yaşamaqdaydı…

Şəhərin adı 1936-cı ilədək Erivan/İrəvan adlansa da, 1936-cı ildə dəyişdirilib rəsmən Yerevan qoyuldu...
Aydındır ki, şəhər əhalisi zorən dəyişən dinamika nümayiş etdirdiyi kimi, onun siması, infrastrukturu və s. də dəyişdirilirdi.
İrəvanda son yüzillikdə Ermənistan hökumətinə aid strukturların yerləşdiyi binalar azərbaycanlılara məxsus evlər, mülklər və hətta qəbristanlıqlar sökülüb-dağıdılaraq onların yerində tikilib. İndi Paşinyanın əyləşdiyi Hökumət Evi, Ermənistan parlamentinin, Ermənistan Prezidentinin, İrəvan meriyasının və b. binaları bir vaxtlar o koordinatlarda mövcud olmuş, bizimkilərə xas ev-eşik, mal-mülk, bağ-bağat və (artıq vurğuladğımız kimi) hətta məzarlıqların yerində alçaqlıqla “ucaldılıb”…
Belə tikililərin bəzisi İrəvanın ünlü azərbaycanlılarından Məhəmməd ağa Vəkilovun mülkünün yerində - onun tapulu torpağında tikilib. Biz bu yazıda Vəkilovlara vurğu etsək də, ümidvarıq, digər nəsillərin nümayəndələri də öz səsini (bir daha) ucaldacaq, daha konkret və azbilinən, unudulan bilgiləri ictimaiyyətə çatdıracaqdır. Və indiyədək bu planda iş görmüş, araşdırmalar aparmış, əsərlər yazıb kitablar bağlamış aydınlarımıza könül dolusu salam-sayğılarımı yetirirəm!
#depremoldu #Hatayspor #EsilayıSerbestBırakın #ankaradaişkencevar #Celal Şengöz #SONDAKİKA #Kadın #artçı #KISLASIZ BEDELLİ ASKERLİK #BJKvHTY #Hayırlı Cumalar #Tranzonspo U19 #Bülent Uygun #Ermeni #Mansur Yavaş #UEFA Gençlik Ligi'nde #Rafa Silva #Polis #Şener #Naci #Mahmut Tanal #Tam Sigorta Yapılacak #İmamoğlu #Bizde #Murat Kurum #Tam Sigorta Yapılacak
Evet 263 Kişi
Hayır 8 Kişi