-
BIST 100
16423,12%1,42
-
DOLAR
44,11% 0,07
-
EURO
51,13% 0,20
-
GRAM ALTIN
7346,14% 0,14
-
Ç. ALTIN
11792,94% -0,28
Yasəmən QARAQOYUNLU-Min İlin İntiqamı!
Batı sistemi “Min İlin İntiqamı”nı almanın peşində: Türk-İslam coğrafiyası parçalanır, etnik xəritələr yenidən çəkilir, Türkiyə və Azərbaycan üçün tarixi bir dönüm nöqtəsi yaxınlaşır.
Yasəmən QARAQOYUNLU-Min İlin İntiqamı
Qərb sistemi, Qərb dünyası Birinci Dünya Müharibəsində Anadolunu türklərdən azad edib Şərqi Roma - Bizansı yenidən qura bilmədikdə, Atatürkə məğlub olduqda 100 illik bir müddətdə geri çəkildi. Yenidən hazırlanmaq, yenidən fürsət gözləmək üçün. Lakin Qərb sistemi bu əsrdə Anadoluda məğlubiyyətini həzm edə bilmədi. Bu məğlubiyyətə “tamamlanmamış dava” adı verildi və XX əsr boyunca Qərb sisteminin şüuruna və qəlbinə bir hədəf yerləşdirildi. Qərb insanının, Qərb siyasətinin ürəyinə, mərkəzinə ilmə-ilmə yerləşdirilən bu hədəf - 1453-də Bizansın türklər tərəfindən fəthi, Şərqi Romanın çöküşü və İslamlaşmasının qisasını almaq, türklərin Anadoludan, Aralıq dənizi və Orta Şərq coğrafiyasından silinməsi, Şərqi Romanın bərpası idi. Qərb bu strategiyaya "Min ilin intiqamı" adını verdi.
Qərb sistemi Vudro Vilson prinsipləri ilə Türk-İslam dünyasını, Osmanlını, Qacar İmperiyasını dağıtsa da, hələ son məqsədinə çata bilməmişdi.
Bu yüzildə Qərb sisteminin diqqəti İkinci Dünya Müharibəsi və Rusiya ilə Soyuq Müharibəyə yönəlsə də, proses addım-addım irəlilədi. İsrailin yaradılması, Ermənistanın qurulması, indi isə Kürdüstanın formalaşdırılması – hamısı "Min ilin intiqamı" strategiyasının tərkib hissəsi idi. Bununla yanaşı, Türkiyənin İkinci Dünya Müharibəsindən sonra ABŞ rəhbərliyində girov vəziyyətinə salınması, müstəqil siyasət yürüldə bilməməsi, türk-İslam düşüncəsinin dəyişdirilməsi və qərbliləşdirilməsi, öz mədəniyyətindən uzaqlaşdırılması, Osmanlı mirasına və tariximizə düşmən bir toplumun formalaşdırılması, siyasətçi kadroların Qərb yönlü devşirmələrdən seçilməsi – bütün bunlar XX əsrin sonunda zəif, dişsiz bir Türkiyə yaratmaq məqsədi daşıyırdı.
SSRİ-nin çöküşündən sonra Qərb sistemi yeni hədəf seçdi: İslam.
Qərb mədəniyyətinin İslam üzərində zəfər çalmalı olduğu fikri fəlsəfə və strateji planlara çevrildi. 2001-ci ildə, 11 sentyabr hadisəsindən etibarən İslam dünyasına qarşı müharibə başladı. Bu savaş iki istiqamətdə aparıldı: Yumşaq güc və hərbi güc.
Yumşaq güc
“Terrorizmlə mübarizə”, “diktatorları devirmək”, “demokratiya qurmaq”, “insan haqlarını qorumaq”, “feminizm”, “azadlıq”, “Ərəb baharı”, “məxməri inqilablar” adı altında yüzlərlə QHT-lər, media qurumları və fondlar hərəkətə keçirildi.
Hərbi güc
İraq, Suriya, Əfqanıstan, Liviya işğal olundu, soyqırımlar həyata keçirildi, milyonlarla insan köç etməyə məcbur edildi. İslam coğrafiyası xaosa və parçalanmaya sürükləndi.
"Min ilin intiqamı" çərçivəsində bir tərəfdən ərəb-İslam coğrafiyası çökdürülür, digər tərəfdən isə Türk coğrafiyası – İraq, Suriya, Türkiyə, İran və Qafqaz – aşağıdakı layihələrlə işğal altına alınır:
“Dənizdən dənizə böyük Ermənistan”
“Aralıq dənizindən Xəzərə qədər Kürdüstan”
“Nil çayından Fərata qədər Böyük İsrail”
Bu burulğanda Türkiyə və Azərbaycan birlikdə Qarabağ zəfərini qazanaraq “Böyük Ermənistan” planını pozdular. Amma digər yerdə – Suriyada və İraqda türklər sürgün edilir, qətliama məruz qalır, Kürdüstan qurulur. Bu proses Türkiyənin daxilinə qədər irəliləyir.
Türkiyəni türk dövləti olmaqdan çıxarıb federativ Anadolu dövləti halına gətirmək və bu federasiya içərisində iki istiqamətli oyun oynanır:
1. Türkiyəni parçalayaraq cənub-şərqdə Kürdüstan qurmaq;
2. Ya da bütövlükdə federativ dövləti kürd dövlətinə çevirmək, türkləri azlıq halına gətirərək Anadoludan silmək.
Tarixdə belə bir nümunə var – 1925-ci ildə İran Türk dövləti Fars dövlətinə çevrildi. Eyni proses Türkiyədə də həyata keçirilə bilər.
İran Türkü və "Bütöv Azərbaycan" tələsi
İrandakı azərbaycanlılar "Bütöv Azərbaycan" ideyası ilə ovudulur. Əslində bu ideya ABŞ-İsrail planının tərkib hissəsidir. Bütöv Azərbaycan adı altında Urmu, Naxçıvan, Zəngəzur Kürdüstana qatılacaq. Türkiyənin Ərzincan, Qars, İğdır bölgələri də bu plana daxil edilərək Kürdüstana veriləcək. Beləcə Azərbaycan ilə Türkiyə arasına Kürdüstan yerləşdirilərək türk coğrafiyası parçalanacaq.
Hədəf: Türksüz coğrafiya
Bu planlar nəticəsində İsrail, Ermənistan, Kürdüstan və Farsistan kimi dövlətlər yaradılacaq. Türk və İslam varlığı isə bu bölgədən silinəcək.
Qərb sistemi "yarımçıq qalmış davasını" qazanacaq, "Min ilin intiqamı" alınacaq, Orta Şərqdə musəvi yəhudi, yezidi kürd və xristian erməni hakimiyyəti qurulacaq. İslam mədəniyyəti və coğrafiyası isə parçalana-parçalana yox olacaq.
İsrail-İran savaşı da bir rejim savaşı deyil, etnik və coğrafi dəyişiklik savaşıdır. Bu Böyük İsrail və BOP-BİP planlarının davamıdır. Türkiyədə konstitusiyanın dəyişdirilməsi, federativ struktur qurulması bu planların parçasıdır.
Biz necə müqavimət göstərəcəyik?
Son 30 ildə Türkiyənin sərhədlərində Suriya və İraq işğal olundu, parçalandı. İran-İsrail savaşı da mərhələli şəkildə 15 il davam edəcək və sonunda İran da parçalanacaq.
Bu şəraitdə biz, Türklər necə davam gətirəcəyik?
Qərb sistemi – Avroatlantik sistem – coğrafiyamızda Türksüz bir gələcək qurmağa qərarlıdır.
Biz türklər bu prosesə qarşı dayanmalı, bu savaşı qazanmalıyıq.
Bu savaş təkcə İraqın, Suriyanın savaşı deyil. Bu, bütün Türk-İslam dünyasına qarşı aparılan tarixi Rekonkista savaşıdır. Əgər İranı da ABŞ-İsrail birliyinə təslim etsək, növbəti hədəf biz olacağıq.
Biz bütövü görməliyik, hadisələrə hissə-hissə deyil, coğrafi və tarixi bağlılıqla yanaşmalıyıq. Suriya, İraq, Misir tarixi bizim tariximizin bir parçasıdır. Biz eyni mədəniyyətin daşıyıcılarıyıq.
Əgər biz bu savaşdan qalib çıxmaq istəyiriksə, öz mədəniyyətimizi, tariximizi, birlik ruhumuzu yenidən diriltməliyik.
Tanrı Türk millətini qorusun!
#Yasemen QARAQOYUNLU
#Barinajans
#MinYılınİntikamı #TürksüzCoğrafyaPlanı #İslamCoğrafyasıKuşatmaAltında #YeniSevrPlanı #BüyükOrtadoğuProjesi #KürtKoridoruTehlikesi #AnadoluTürksüzleştiriliyor #TürkiyeUyan #TürkİslamBirliği #KültürelSoykırım #BüyükİsrailPlanı #TürkMilletiDireniyor #DevşirmeZihniyet #AnadoluKalesi #JeopolitikKuşatma #GizliSavaş #Zihinİstilası #TürklüğeYönelikSaldırı #MilletUyanıyor
#Minİlinİntiqamı #TürksüzCoğrafiyaPlanı #İslamAlemindəSavaş #YeniSəvrLayihəsi #BöyükOrtaŞərqLayihəsi #KürdKorridoruTəhlükəsi #AnadoluTürklərdənTəmizlənir #TürkBirliyi #KültürSoyqırımı #BöyükİsrailPlanı #TürkMillətiDirənir #AnadoluQalası #Zehniİstila #JeopolitikMühasirə #TürklüyəHücum #GizliSavaş #TarixiHədəf #UyumaTürk
#Barinajans #iranisraelwar #Füze #S 400 #F 35 #AgandaGaza ak'ta #Nükleer #Hocam #Akın Gürlek #Gündem Gazze #PFDK #Geçmiş #IranIsraelConflict #IranIsraelConflict #Hakem #Baldwin #Ümit #Tel Aviv #Özdağ #Kemal #Adalet #Türkler #Grok #Başkanım #Geçmiş #Şükür #Mahkuma UmutOlsun
Tel Aviv Yıkılıyor; Hürmüz Alev Alev!
Cumhurbaşkanı Erdoğan’dan Net Mesaj: “Toprağımıza Göz Dikene Hodri Meydan”
İran’da “Terör İttifakı” İddiası: PJAK ve Bazı Kürt Örgütlerinin Güney Azerbaycan Planı
Zengezur Özgürlük Harekatı Basın Açıklaması Yayınladı
Dr. Şehla ASLAN-Alfabe, Kimlik ve Tarihin Sessiz Tanıkları: “1926” Belgeseli Ne Anlatıyor?
İran’dan Savaşın Bitmesi İçin Üç Şart: “Haklarımız Tanınmalı ve Tazminat Ödenmeli"
Ergin Ataman: “Fenerbahçe’den Sonra Avrupa’nın En Başarılı Kulübüyüz”
Avrupa’dan İsrail ve ABD’ye Peş Peşe Mesajlar: Diplomatik Gerilim ve Sert Tepkiler
İran’da Yaralanan Türk TIR Şoförü Hüseyin Fırat Hayatını Kaybetti
İran’ın Yeni Dini Lideri Mücteba Hamaney ABD-İsrail Saldırısında Yaralandı
İran: “Kesintisiz Saldırı Dönemine Geçiyoruz”
ABD-İsrail – İran Savaşında Bilanço Ağırlaşıyor Orta Doğu’ya yayılan çatışmalarda binlerce kişi hayatını kaybetti, on binlerce kişi yaralandı
Kandil Dağları’ndan Savunma Bakanlığı’na: Sipan Hemo PKK saflarındaki bir militandan Şam’da devlet yetkilisine nasıl yükseldi?
Azer HASRET-Azerbaycan ve Türkiye et ve tırnak gibidir…
Tarihçi İlber Ortaylı yoğun bakımda
Ankara füzelerin kaynağını tespit etti: Tahran’ın doğusundan ateşlenmiş
Öğretmenlerin, Öğrencilerin, Velilerin Büyük Çoğunluğu Ara Tatilin Devamını İstiyor!
“Epstein adasındaki kurbanların anısına”
İsrail, İran'ın verdiği yıkımı sansürle gölgeliyor!
Bayraklı’da Ferdi Zeyrek Spor Kompleksi’nde Çalışmalar Sona Yaklaştı
Netanyahu'nun ek katliam bütçesi istemesi İsrail Meclisi’nde kıyameti koparttı
ABD Senatörü Blumenthal: “Hiçbir brifingden sonra bu kadar öfkeli çıkmadım.”
Galatasaray'dan aynı tarife; Liverpool’u tek golle devirdi
Sipan Hemo’nun Savunma Bakan Yardımcılığına Atandığı İddiası Suriye’de Tepki Yarattı
ABD istihbaratı: İran Hürmüz Boğazı’nı mayınlarla kapatmaya hazırlanıyor
“Türkiye bir yılda Yunanistan’ın 17 yılda yetiştirdiği astsubayı mezun ediyor”
İran’dan ateşkes iddialarına sert yanıt: “Kesinlikle ateşkes peşinde değiliz”
Tarihi Azerbaycan Türk toprakları veya Fars kimliği Makale II
İsrail’de Savaş Endişesi: “Kimse Bitmeyen Bir Hikâye İstemiyor”
İstanbul’da Kaybolan Bir Aşk
Yükleniyor




