• BIST 100

    9910,61%-0,9
  • DOLAR

    35,44% 0,10
  • EURO

    36,26% -0,12
  • GRAM ALTIN

    3061,88% -0,08
  • Ç. ALTIN

    4887,81% 0,00

Unudulmayacaq Kərkük Soyqırımı

14 Temmuz 1959 Kerkük soykırımı

SİYASET 30.12.2024 10:45:00 0
Unudulmayacaq  Kərkük Soyqırımı

Unudulmayacaq  Kərkük Soyqırımı

14 temmuz 1959-cu ildə İraqda, türkmənlərin başkəndi olan Kərkükdə türkmən qardaşlarımıza qarşı törədilən soyqırımdan xəbəriniz varmı? Əminən ki, çoxlarımız bu dəhşətli qətliamdan xəbərsizik.

 Dünyada bir çox millətlərə, xalqlara qarşı törədilən soyqırımlar sırasında “Kərkük, türkmən soyqırımı”nın adı keçmir. Amma bu soyqırım barədə yaşlı türkmən insanlarının öz dillərindən eşitmişəm, indi də danışanda göz yaşlarını tuta bilmirlər:

“Gözlərimizin qarşısında insanlarımızı – yaşlı, cavan, uşaq, qadın, kişi demədən diri-diri ağaca bağlayıb, ətlərini kəsib, ətrafdakı heyvanların qabağına atırdılar, qollarını, ayaglarını kəsirdilər.... İnsan cəlladları türkmən şəhidlərinin cəsədlərindən də əl çəkmirdilər. Onları iplə, ya da dəmir tellərlə motoskletlərin, maşınların arxasına bağlayıb küçələrdə, məhəllələrdə sürüyürdülər. Üç gün üç gecə davam edən türkmənlərin can bazarında kiminin cəsədlərini üç gün dözülməz istilərdə elektrik dirəklərindən asılı vəziyyətdə saxlamışdılar, kiminin gözləri diri-diri oyulmuşdu, kimini də diri-diri torpağa basdırmışdılar...

Çünki biz türkmən idik. Türkmən olmağın hesabını dəhşətli üsullarla alırdılar. Bəlkə də dünya yaranandan insanlığa qarşı belə vəhşilik olmamışdı. Kərkükün məhəllələri, küçələri günahsız insanların qanları içərisində boğulurdu...”

Riyaz Sarıkahya: “Türkmənləri iplə motoskiletə, maşınlara bağlayıb Kərkükün küçələrində sürüyürdülər, elektrik dirəklərinə asırdılar”

Min illər idi öz doğma torpaqlarında varlıqları uğrunda mücadilə verən İraq türkmənləri Birinci Dünya müharibəsindən sonra demək olar ki, Türkiyədən tamamilə qoparılmışdılar və İraq ingilislərin idarəçiliyində idi. Əhali sayına görə İraqda üçüncü olan türkmənlərə qarşı basqılar davam edirdi. Evləri, onlara məxsus əkin sahələri, tarlalar əllərindən alınmiıdı, ticarətlə, alış-verişlə məşğul olmaq qadağan edilmişdi. Yüzlərcə türkmən məmur işdən qovulmuş, çox sayda insanlar türkmən bölgələrindən sürgün edilmişdi. Bütün zorluqlara rəğmən onlar dədə-baba torpaqlarında varlıqlarını davam etdirirdilər. Türklər İraqda zaman-zaman soyqırımlara məruz qalmışdılar. 1924, 1939, 1946, 1959, 1980, 1991-ci illərdə türkmənlərə qarşı dəhşətli qətliamlar, soyqırımlar törədilmişdi. 14 temmuz 1959-cu il soyqırımı da Kərkükün, türkmənlərin tarixində qanla yazılan səhifələrdən biridir və tarixdə “Kərkük qətliamı” kimi anılır.

 

İraqda olarkən 1991-ci ildə türkmənlərə qarşı törədilən Altınkörpü soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərkən Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya 1959-cu il soyqırımını da anlatdı. Riyaz bəy danışdıqca, həmin dəhşətli tarixi anlatdıqca düşünürdum ki, dünyada insanlığa qarşı törədilən bu soyqırımdan nə yazıq ki, xəbərsizik. Bəlkə də 14 iyulun hansı anlama gəldiyini türkmənlərdən başqa heç kim bilmir:

“Həmin gün İraqın hər yerində Cümhuriyətin elan olunmasının bir illiyi ilə baglı təntənəli tədbirlər, bayram şənlikləri keçirilirdi. Türkmən xalqı da uşaqlar, böyüklər, yaşlılar, qadınlar, kişilər milli geyimlərdə küçələrə çıxmışdılar. Türkmən xalqı xəbərsiz idi ki, onlara qarşı çoxdan planlaşdırılan, məhz bayram günü törədiləcək qanlı ssenari hazırlanıb. Daha doğrusu, türkmənlərə qarşı soyqırım planı...

Tədbirin başlaması ilə eyni vaxtda düşmənlərimiz əliyalın, günahsız insanlara hüçum edirər, əvvəlcədən türkmənlərin arasına yerləşdirilənlər silahlarını çəkməyə başlayırlar...”

Bayram hazırlıgı ilə baglı Kərkükü öncədən bəzəmişdiər. Ən çox da uşaqlar sevinirdilər. Hava çox isti olduğu üçün axşamtərəfi saat altıdan insanlar məhəllələrə, küçələrə çıxmağa başlayır. Milli geyimlərdə mahnılar oxuyur, milli oyunlar oynayırdılar. Saat yeddidə isə milli keçid başlayır. Ön sırada yer alanlar arasında Kərkükün bələdiyyə başqanı Maruf Berzençi və digər kommunist rəsmilər, quruluşlar vardı, onların arasında da çoxluq kürdlərə məxsus idi. Xeyli sayda əvvəlcədən öyrədilən, hazırlıqlı qaniçənlər də onların arasına yerləşdirilmişdi. Plana əsasən, onlar turançılıqda, türkçülükdə suçladıqları türklər əleyhinə müxtəlif şüarlar səsləndirirdilər: İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyanın sözlərinə görə, saat yeddidə ilk silah səsləri eşidiləndə türkmənlərə hüçumlar başlayır:

“Türklərin oturduğu 14 temmuz qəhvəsinin sahibi Osman Hıdır silahlı atəş nəticədində şəhid olur. Amma bununl ürəkləri soyumayır. Ayaglarına iplər salıb, maşının arxasına baglayırlar və sürüməyə başlayırlar. Digər türkmən insanlarımızı da belə vəhşicəsinə, barbar üsulları ilə qətlə yetirirlər. Əvvəlcədən hazırlanan soyqırım planına görə, guya bundan sonra insanlara küçələrə çıxmaq yasagı elan edilir. Həmişə qanunlara hörmət edən türkmənlər bu elandan sonra evlərinə çəkilirlər. Bundan sonra türkmənlərin adı öndə gələn insanlarını evlərindən alıb ikinci Ordu Tümeninin qərargahı olan Kərkük kışlasına aparırlarmış. Burada sözdə, kağız üzərində qurulan “xalq məhkəmələri”ndə lag və təhqirlərə məruz qalan dəyərli türkmən şəxsiyyətlərimizi cəmi beş-on dəqiqə yarğılayıb, qurşunlara düzüb, qətlə yetirirlər....”

Qatillər Kərkükdəki türkmənlər yaşayan evlərə hüçum edir, dağıdırdılar. Həyatını İraq ordusuna həsr edən, Kərkükü, Türkmənelini çox sevən türkmən xalqının igid oglu Ata Hayrullah 14 temmuz soyqırımı baş verən geçə evində ailəsinə, uşaqlarına türk tarixini anladırmış. Onlardan türkmən milli qiyafətlərini geyməyi istəyir. Elə həmin vaxt kommunistlər onun qapısını döyür, deyirlər ki, səni kışlada istəyirlər. Ata Hayrullahı türkləri topladıqları ölüm və qan meydanına götürürlər. Onu kışlanın önündəki ağaca bağlayıb, diri-diri ətlərini kəsərək – “turançıların, türkçülərin lideri Ata Hayrullahın ətinin kilosu 10 fuluşa (quruş) alan varmı” – deyib, ətlərini ətrafda olan heyvanların qabağına atmağa başlayırlar. Qatillər görünməmiş vəhşiliklə Ata Hayrullahın qardaşı hərbi doktor İhsan Hayrullahı da qətlə yetirirlər. Qardaşı qardaşın gözünün önündə diri-diri doğrayırdılar, ətini kəsirdilər. Hansı ki, İhsan Hayrullah onu doğrayan qatilləri dəfələrlə pulsuz müalicə etmiş, evində qonaq olub, yeməyini yeyib, suyunu içmişdilər.

İnsan cəlladları türkmən şəhidlərin çəsədlərindən də əl çəkmirdilər. Onları iplə, ya da dəmir tellərlə motoskletlərin, maşınların arxasına bağlayıb küçələrdə, məhəllələrdə sürüyürdülər. Üç gün üç gecə davam edən türkmənlərin can bazarında kiminin cəsədlərini üç gün dözülməz istilərdə elektrik dirəklərindən asılı vəziyyətdə saxlamışdılar, kiminin gözləri diri-diri oyulmuşdu, kimini də diri-diri torpağa basdırmışdılar...

Türkmən elləri qan ağlayırdı, amma heç kim onların səsini eşidmirdi, yazanda belə əllərin titrədiyi zülmlərini görmürdü. Kərkükdə görüşdüyüm yaşlı insanlar deyirdilər ki, yaşımız kiçik olsa da, həmin dəhşətlər gözlərimizin qarşısından getmir. Türkmənlər yalnız İraq Cümhuriyətinin birinci ildönümünü keçirmək üçün küçələrə çıxmışdılar. Xüsusən də uşaqları çox gözəl geyindirmişdilər, rəngarəng, təzə paltarlar, saçımızda lentlər, əlimizdə şarlar:

“Silahın açılması ilə hamı pərən-pərən düşdü, dağılmağa başladı. Böyüklər uşaqları qucaqlarına almışdılar, qoru içərisində sığınmağa yer axtarırdılar. Heç kim nə baş verdiyini bilmirdi. Üç gün üç gücə davam edən Kərkük soyqırımı, türkmənlərin qətliamı belə başladı. Bütün yollar, küçələr qan icərisində idi. Sonra yalnız türkmənlər üçün kücələrə çıxmaq qadağan edildi, hər kəs evində oturmalı idi. Amma ordu, polis kommunist partiyasının üzvləri ilə birləşib türkmənlərin yaşadıqları evlərə basqın etməyə başladılar. Yüzlərlə insanı həbs etdilər, onların bəzilərini baraklara dolduraraq süngülərə keçirib, vəhşicəsinə qətlə yetirdilər. Bəzi türk liderlərini elə ailələrinin, uşaqlarının gözləri qarşısında öldürürdülər. Elə insanlarımız var idi ki, onları diri-diri ayaglarına iplər salınaraq iki tərs yöndə hərəkət edən cipə bağladılar və iki parçaya bölünürdülər...”

Dinləmək belə çox dəhşətlidir. Türkmən qardaşlarımız göz yaşları içərisində danışdıqca, 20 yanvar faciəsini, Xocalı soyqırımını xatırlayıram. Deyirlər ki, cəsədləri motoskletlərə, maşınlara bağlayıb küçələrdə sürüyəndən sonra belə ürəkləri soyumurdu. Sonra da üzərlərindən yük maşınları və traktorlar keçirdi. İnsanların çoxu tanınmaz hala salınmışdı. Üç gün davam edən soyqırımda şəhidlərlə yanaşı, minlərcə türkmən yaralanmışdı. Xəstəxanalar yaralılarla dolu idi. Amma kommunistlər göstəriş vermişdilər ki, türklərə tibbi yardım olunmasın. Həbsxana və zindanlarda yer olmadığı üçün məktəblərdən cəza evləri kimi istifadə olunurdu. 

Türklərə qarşı soyqırımın davam etdiyi günlərdə onlara aid dükan, magaza, ticarət mərkəzləri kommunist kürdlər tərəfindən talan edilirdi, türkmənlərin can bazarı ilə birlikdə mal güvənlikləri də qalmamışdı. Bütün əşyaları, malları yük maşınlarına doldurularaq şimal bölgələrinə daşınırdı.

İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya deyir ki, türkmənlərin öndə gələn isimləri albay Ata Hayrullah və qardaşı doktor yarbay İhsan Hayrullahla birlikdə digər dəhərli türkmən şəxsiyyətləri Qasım Neftçi, Selahettin və Mehmet Avçı qardaşları, Cahit Fahreddin, Abdullah Bayatlı, Kemal Bayatlı, Kemal Abdulsamet, Seyit Gani Nakip, Abdulhalik İsmail, Şakir Zeynel, Nasip Ali, Cuma Kamber, Kazim Bektaş və neçə - neçə qəhrəman insanlarımız şəhid oldular. Soyqırımda Muxtar Fuatın iki oğlu, bir qızı dəhşətli şəkildə can verdilər. Nihat otuz, Cihat iyirmi beş, Emelin isə cəmi on iki yaşı vardı. 

İnsanlıq tarixində eşi-bənzəri olmayan Kərkük soyqırımı barədə xarici medya da xəbərlər yayıldı. Suriya, Livan, Misir, London qəzetləri və radioları baş verən soyqırımı pisləyən məqalələrlə çıxış etdilər. Törədiln vəhşılıklər Türkiyə mətbuatında yer aldı. Bütü bunların təsiri altında general Qasım 1959-cu ilin 20 iyulunda Bagdaddakı Mar Yusif kilsəsində etdiyi çıxışda qətliamı törədənləri qınayaraq onların ən ağır şəkildə cəzalandırılacaqlarını bildirmək məcburiyyətində qaldı. Eyni zamanda da məqsədli olaraq hazırlandıgını dedi. İyulun 28-də general Qasım mətbuat konfransı keçirərək Kərkük qətliamını dünyanın ən alcaq, vəhşi cinayəti adlandırdı, faşistlərin belə vəhşət törətmədiklərini vurgulayaraq, hadisələr sırasında çəkilmiş fotoları jurnalistlərə göstərdi.

Bir müddər sonra Kərkük soyqırımının əsas günahkarlarından olan Davud əl Cənabi və 260 nəfər həbs edilir. Hərbi məhkəmədə onların bir neçəsi edam cəzasına məhkum edildi, bir çoxuna isə həbs cəzası verildi. Soyqırımda birbaşa iştirak edənlərin böyük əksəriyyəti cinayətkar olduqları halda sərbəst buraxıldılar. Edama məhkum edilənlərin edamını isə heç kim görmədi. Kərkük türkmənlərinin qanına susayan cinayətkarların sərbəst buraxılmasını İraqın türk insanlarına, insanlıga qarşı böyük zərbə idi.

Türkiyə mətbuatı soyqırımla bağlı dəhşətli fotolar yaymaqda, yazılar verməkdə davam edirdilər, İraq hakimiyyətinin, beynəlxalq aləmin bu qətliama seyriçi qalmalarını, cinayətkarların yalnız sözdə cəzalandırıldıqlarını qınayırdılar. Bağdad idarəciliyindən, xüsusən də general Qasımdan cəsarət alan kommunistlər və kürdlər Kərkükdəki fəaliyyətlərini genişləndirdikləri vaxtda İraq türkləri bütün haqlarından məhrum edilib, köməksiz qaldılar...

Vahidov Kurban. Askeri-politik ve tarihsel araştırmacı - yazar


Haber Editörü

Qurban VAHİDOV

hasanbarin72@gmail.com

Los Angeles'taki yangında Kenan Doğulu-Beren Saat çiftinin evleri de yandı!

Los Angeles'taki yangını söndürme çalışmalarına mahkumlar da katıldı!

INTERNET ALIŞVERISİNDE CAYMA HAKKİ SON MU BULDU? BAKANLIK AÇİKLAMA YAPTI.

Yılda 14 milyon Suriyeli ülkesine dönecek. Geriye sadece 1-1,5 milyon kişi kalacak”

Rus Medyası: “Zengezur da Azerbaycan’ın Kanadasıdır”

Dışişleri Bakanı Hakan Fidan Riyad'da Suriye konulu toplantıya katıldı

HİNDISTAN'DA HIZLA YAYİLAN BULAŞICI KELLİK HASTALIĞI

SON DAKİKA-SMO TARAFINDAN MÜNBIÇ BARAJI YAKINLARINDA BUR TUNEL DAHA PATLATILDI!

ESAD'IN MİLYARLARCA DOLARLIK UYUŞTURUCU DEPOSU BULUNDU

SON DAKİKA-İRAN KALLEŞLIĞE DEVAM EDIYOR! PKK-YPG'YE 1 500 DRON SÖZÜ VERDI!

SON DAKİKA: 13 PKK'LI ETKISİZ HALE GETIRLDİ-TERÖRISTLER TİŞRİN'DEN KAÇIYOR!

21 Kasım 1945 - Sovyetlerin Batı Azerbaycan'a karşı askeri-politik suçu

SON DAKİKA-SMO Müşterek Kuvvet’in Tişrin Ekseninde Suriyetel Tepesini Ele Geçirdi!

Suriye Türkmenleri olarak Yeni Şafak gazetesine tepkimiz.!

Esad Putin'le İletişime Geçemedi: Kaçış Detayları

Johnson, Putin'e sert bir şekilde hakaret etti

Husiler, ABD Uçak Gemisini Vurdu!

Bir Milyoncu Mehmet Kalp Krizinden Vefat Etti!

Rusya Dışişleri Bakanlığı: ABD'nin Düşmanca Hareketleri Cevapsız Kalmayacak

Rusya: "Her türlü senaryoya hazırlklıyız"

Gazze uzuv kaybı sayılarıyla tarihe geçti

İsrail, gazeteci katliamında de açık ara lider!

OZAN ALPAİ'DEN, ÇOK FARKLI, DEGİŞİK, GÜZEL BİR MÜZİK TÜRÜ!

Suriye konusunda hak iddia eden küçük devletleri dikkate almıyoruz!

ERMENİLER BİRBİRNE GİRDİ!

En düşük emekli maaşı artıyor!

EMEVİ CAMİSİ'NDE İZDİHAM-EN AZ 3 ÖLÜ

SON DAKIKA-TSK PKK-PYD'NİN SARİN SILOLARINI ve BİNALARINI HEDEF ALDI!

PKK-YPG Sempatizanları canlı kalkan olmak için geliyor!

Dışişleri Bakanı Hakan Fidan, yabancı gazeteci temsilcilerine PKK-PYD ile ilgili önemli açıklamalar yaptı.

Yükleniyor

Haberi Sesli Oku

İran'da Güney Azerbaycan Türklerine Susturma Operasyonu!"

Güney Azerbaycan'ın Meşkinşehir ilesinde Madene Tepki: Üç Kişi Gözaltına Alındı!

Tebriz Ayakta: Güney Azerbaycan Türklerinden Erdoğan ve Aliyev’e Büyük Destek!

"Tahran Rejimi, Alahvaz'da Tutuklama Dalgası Başlattı: Protesto Korkusu Mu?"

Tebriz Sokaklarında Özgürlük Çığlığı: Güney Azerbaycan’da Bağımsızlık Ateşi Alevleniyor

Tahran Rejimine Güney Azerbaycan’dan Sert Mesaj: "Tebriz, Bakü, Ankara; Selam Olsun Turan’a!"

İran'ın başkenti Tahran’da Çarşı Ayağa Kalktı! Esnaf Greve Gitti

Kazakistan'ın deprem bölgesine yardımları devam ediyor

BM'nin Filistinli mültecilere yönelik yardım kuruluşunun başkanı, Gazze'ye yapılan yardımı durdurmak zorunda kalmaktan korkuyor.

İran Dini Lideri Ali Hamaney, Özgür Suriye'deki Şii Gençleri İsyana Çağırdı

Esad Putin'le İletişime Geçemedi: Kaçış Detayları

Johnson, Putin'e sert bir şekilde hakaret etti

İranlı Yazarın Şok Sözleri: ‘ABD ile Türkiye’ye Karşı İş Birliği Yapabiliriz’

Gazze'de ateşkes üzerinde %90 oranında anlaşma sağlandı

RUMLAR, TÜRKIYE-SURIYE MEB ANTLAŞMASINI COK TEHLİKELİ BULUYOR!

Dünya, Türkiye'nin elindeki S-400 lerden kaygılı

LİG TABLOSU

Takım O G M B Av P
1.Galatasaray 18 16 0 2 30 50
2.Fenerbahçe 17 12 2 3 26 39
3.Samsunspor 18 11 4 3 14 36
4.Eyüpspor 18 8 4 6 10 30
5.Beşiktaş 18 8 4 6 8 30
6.Göztepe 17 8 5 4 9 28
7.İstanbul Başakşehir 18 7 6 5 4 26
8.Gazişehir Gaziantep 18 7 7 4 -1 25
9.Rizespor 18 7 8 3 -8 24
10.Trabzonspor 18 5 6 7 6 22
11.Alanyaspor 18 5 6 7 -2 22
12.Kasımpaşa 17 4 4 9 -1 21
13.Antalyaspor 18 6 9 3 -16 21
14.Konyaspor 17 5 7 5 -6 20
15.Sivasspor 18 5 8 5 -7 20
16.Kayserispor 18 3 8 7 -17 16
17.Bodrum FK 18 4 11 3 -11 15
18.Hatayspor 18 1 11 6 -15 9
19.Adana Demirspor 18 2 14 2 -23 5

YAZARLAR