Nəzakət Eminqızı – NƏBİ XƏZRİ ÖMRÜ
NƏBİ XƏZRİ ÖMRÜ
Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 illiyi respublikamızda geniş qeyd olunur!
Çagdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri( Nəbi Ələkbər oğlu Babayev) 1924 cü ilin dekabrında Xıırdalanda anadan olmuşdur.O,Azərbaycan Dövlət Universitetində,sonra isə Sankt- Peterburq Dövlət Universiteti və M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdı.Yaradıcılığa erkən yaşından başlayan şair ,elə ilk əsərləri ilə oxucuların diqqətini cəlb etmişdir.Şairin ilk şeiri 1940- cı 16 yaşında qələmə aldığı ” Günəş” şeiridir ki,bu şeir bütün yaradıcılıgı boyu onun poeziyasına işıq saçdı. Sonrakı illərdə ” İllər və sahillər”( 1969),” Ulduz karvanı”(1979),” Nəsillər və əsirlər”(1985),” Ağ şimşəklər”(1986),” Torpaq,sənə and içirəm (1989),” Ömür çinarından yarpaqlar”(1995),” Əsrin qanlı laləsi”(1996) adlı sanballı kitablar ortaya qoyur.
Nəbi Xəzri poeziyası milli- mənəvi dəyərlərimiz sırasında özünəməxsus yerin sahibidir.Azərbaycan mentalitetinin dünyada tanınmasında Nəbi Xəzrinin və onun əsərlərinin payı böyükdür. Nəbi Xəzrinin Vətən sevgisinin mükəmməlliyi yazdığı şeirlərində də açıq aydln hiss olunur.Onun şeirlərində təbiətin gözəlliklərinə,təbiətin öz ətri,öz rəngi,öz duyumu var.
Rus şairi Yeqor İsayev yazırdı ki:”Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından,havadan,buluddan canlı şəkildə gəlir”.
Nəbi Xəzri təbiəti necə sevməyin dərslərini öyrədib bizə.Onun poeziyasında İnsan, Təbiət,Sevgi vəhdət halındadır.”
Vaxtilə ustad tənqidçi Məmməd Arif isə yazmışdı ki:”Nəbi Xəzrinin öz poetik aləmi— məcazlar,bənzətmələr,bədii ifadələr aləmi vardır.Bu aləmi o,özü yaratmışdır və ona sadiq qalmışdı.
Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçib. Bir şair olmaqla yanaşı nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanmışdı.Onun yaradıcı əməyi yüksək qiymətləndirilib.Bir çox orden və medallara,dövlət mükafatlarıına,Əməkdar incəsənət xadimi”,Xalq şairi” fəxri adlarına,Azərbaycan Respublikasının ali dövlət təltiflərinə ” Şöhrət” və” İstiqlal”ordenlərinə layiq görülüb.
Yubiley tədbirlərinə ilk olaraq Fəxri Xiyabandan başlanıldı.Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar,AYB sədrinin l müavini ,Xalq yazıçısı Çingiz Abdullayev və digər tanınmış yazıçı,şair və görkəmli ziyalılar,ailə üzvləri onun məzarını ziyarət edərək, məzarı üstünə tər çiçəklər düzdülər.Tədbir AYB – nin Natəvan klubunda davam etdi.Çıxış edənlər- Anar, Çingiz Abdullayev, Rəşad Məcid və digər şairi tanıyıb,onunla görüşənlər xatirələrini danışdılar,.Sonda şairin oglu Arzu Babayev atasının xatirəsini yad edib ,tədbirdə iştirak etdiklərinə görə öz dərin minnətdarlığını onlara bildirdi.O,qeyd etdi ki, Nəbi Xəzrinin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyev sərəncam imzalamışdır.Yanvar ayının 28 – də H.Əliyev adına Respublika Sarayında təntənəli yubiley tədbirinin keçirilməsi planlaşdırılmışdır.
Növbəti görüş Bakı Dövlət Univetsitetində keçirildi. Buradakı tədbir Universitetin filologiya fakultəsinin müəllim və tələbələrinin təşkilatçılıgı ilə hazırlanmışdı.Tədbirin rəhbəri ölməz şairin qızı, fakultənin baş müəllimi Gülümsər Abbasova idi.Maraqlısı o idi ki, burada təhsil alan xarici ölkələrin tələbələri də Nəbi Xəzrinin şeirlərini, mahnılarını incə zövqlə,məharətlə dinləyicilərə çatdıra bildilər. Tədbir elə gözəl hazırlanmışdı kı,çıxış edən yazıçı və şairlər,alimlər,deputatlar da tələbələrin ifasında səslənən şeir,mahnı və dram əsərindən hissələri səbrlə,maraqla dinləyir,alqışlarla qarşılayırdılar.
Görkəmli Xalq şairi Nəbi Xəzrinin poeziyası ona görə sevilir və unudulmur ki, onun Xəzərə çılgıncasına vurgunluğu,Günəşin şəfəqlərini rənglərlə vəsf etməsi,torpağın bərəkətini,dağların əzəmətini dərindən dərk etməsi,ümumiyyətlə,təbiətə sonsuz məhəbbətlə vurğunluğunu şeir,poema və dramlarında öz oxucusuna sadə dillə çatdıra bilmişdir.Bunları ümummilli liderimiz Heydər Əliyev də öz çıxışında xüsusilə vurğulamışdır:” Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini,həm də bu günki həyatını və sabahını yüksək ustalıqla,fitri sənətkarlıqla tərənnüm edir.Öz şeir və poemalarında sair cəmiyyətimizin inkişafı üçün ,indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır.Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir,onun xalqa bağlılıgı,onlara sədaqətlə xidməti nümayiş etdirilir”
Çıxışların sonunda
Gülümsər xanım tədbir iştirakçılarına bir daha ailə üzvləri adından təşəkkürünü bildirdi.
Bir birindən maraqlı keçən tədbirlərdən biri də Abşeron rayon Mərkəzi Kitabxana Sistemində,Xırdalanda keçirildi .
Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi ” Günəşin bacısı”poeması,üstündən illər keçməsinə baxmayaraq,ədəbiyyatımızın incilərindən sayılır. Bu poemasında şair,Sevil Qazıyevanın rəşadətli əməyini,parlaq obrazını yaratdı.Poema əvvəldən axıra qədər heç bir maneyə rast gəlmədən şəlalə kimi çağlayır.Şairin fikirləri,hissləri ilə,kədər və sevincləri birləşərək bir dağ çayı kimi baş alıb gedir.Şairin lirikasına məxsus humanizm,insana,onun ləyaqətinə inam,poemada da çox qüvvətli səslənir.:
Dünən doğulsaydı Həcər olardı,
Bu gün Sevil kimi gəldi dünyaya.
Tədbiri giriş sözü ilə Abşeron rayon MKS – nin direktoru Rəşidə Rzayeva açdı.O,tədbirə aid qısa məlumat verdikdən sönra sözü Pərvanə Muradovaya verdi.Pərvanə xanım öz ürək sözlərini söylədi.
Tədbirə dəvət olunan qonaqlar arasında Zaqataladan gəlmiş,Sevilin bacısl Sona Qazıyeva ,vaxtilə Sevilin davamçısı olan,Ulu Öndərin çörəyi ilə böyüyən,halal zəhmətilə zirvələr fəth edən,müstəqil Azərbaycanın İ çagırış MM-in millət vəkili,H.Əliyevin ” canlı əsəri” “Qırmızı Əmək Bayrağı”,” Xalqlar Dostluğu” ordenli Tərlan Musayeva da vardı. İstər Sona xanımın,istərsə də Tərlan xanımın çıxışlarını hamı kövrək hisslərlə qarşıladı.Onlar Ulu Öndərin gənc mexanızator qızlara olan qayğısından danışaraq dinləyicilərə o illəri xatırlatdı!Sanki Zaqatala dağları dil açıb şair Nəbi Xəzrinin qəhrəman çöllər qızına həsr etdiyi şeiri söyləyirdi:
Siz yasa batmayın,ey çöl ,ey çəmən!
Çalınır qızımın toyu deyirəm.
Ey mənim qoynumda dünyaya gələn,
Gəl mənim qoynumda uyu deyirəm!
Burada da şairin şeirləri,mahnıları Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında səsləndirildi.Şairin həyat və yaradıcılıgına və Sevil Qazıyevaya həsr edilmiş videoçarxlar da nümayiş olundu .Şairin oğlu Arzu Babayev,qızları Gülümsər Abbasova və Pəri xanım çıxışlarında tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Tədbirlər isə davam etməkdədir….,Xırdalan kənd ,məktəbində ,Abşeron rayon Mədəniyyət Mərkəzində……
Ölməz sənətkarımızın ruhu şad,məkanı cənnətdir!
Nəzakət Eminqızı
AJB və AYB – nin üzvü, yazıçı–publisist.