16709,28%-0,07
43,63% 0,10
51,95% -0,03
7047,13% -0,98
11686,79% 0,16
Qlobal tarazlığın ciddi şəkildə pozulduğu, regional və beynəlxalq münaqişələrin dərinləşdiyi, müharibə risklərinin artdığı bir dövrdə baş tutan müsahibədə bir sıra mühüm mövzular müzakirə olunub. Reportajda Rusiya tərəfinin beynəlxalq proseslərə, regional qarşıdurmalara və qlobal güc balansına dair mövqeyinin öyrənilməsinə xüsusi diqqət yetirilib.
Sergey Lavrov müsahibə zamanı aktual geosiyasi proseslər, Rusiya–Qərb münasibətləri, Yaxın Şərq, Ukrayna münaqişəsi və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı sualları cavablandırıb.
Müsahibə bu axşam Türkiyə vaxtı ilə saat 18:00-da, Azərbaycan vaxtı ilə isə 19:00-da TGRT kanalında yayımlanacaq.