-
BIST 100
16316,45%0,76
-
DOLAR
44,11% 0,07
-
EURO
51,04% 0,03
-
GRAM ALTIN
7350,74% 0,20
-
Ç. ALTIN
11804,41% -0,19
Rza Rzayev- İnqilab yoxsa İntibah?
Eluca Atalının “İran Hizbullah zindanında” romanı haqda düşüncəm)
Hər bir insan həyatda öz zəhmətilə uğur qazananda bu uğuru dostları ilə bölüşmək istəyir. Belə bir insan İsveçdə yaşayan yazıçı-publisist, içtimai xadim Eluca Atalı xanımdır. Eluca xanımla ” İran hizbullah zindanında” tarixi romanının Neftçalada keçirilən kitab təqdimatında tanış oldum. Kitabin ilk səhifəsi filosof Asif Atanın bu sözləri ilə başlanır: ” İnqilablar dünyanı təzləyə bilmədilər. Dünyanın dəyişməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxartdı.” Nə burjua inqilabları, nə sosialist inqilabı nə də İran İslam inqilabı insanları dəyişdirə bilmədi. Yəni adamlar insan ola biımədi. Romanın əsas qəhrəmanları Urmu şəhərinin sıravi sakinlərindən biri Fatma və onun ana dili müəllimi Səriyyədir. Fatma və Səriyyə qadın azadlığı və ana dili uğrunda mübarizə aparırlar, lakin hizbullah nümayəndələrinin gecələr keçirtdikləri “Bayquş əməliyyatı” zamanı onları da həbs edib zidana atırlar.

Müəllif kitabda Xomeyninin Amerika və Fransa tərəfindən hakimiyyətə gəlməsindən danışır. O qeyd edir ki Xomeyni Fransada olarkən jurnalistin “Siz necə, hansı formada dini dövlət quracaqsınız?” sualına cavab olaraq, ” Kimsəni məcbur etmək olmaz, demokratik bir ölkədə hər cür seçim azaddır.” deyir, inqilab müəllifi. Məncə, bu cavabdakı demokratiklik adamı heyran qoyur, əlbəttə, ilk baxışda. Bəs, inqilabdan sonrakı mərhələdə nə baş verir? Burda alman dövlət xadimi Otta fon Bismarkın bir fikrini xüsusi olaraq qeyd etmək istəyirəm: ” Siyasətdə dil fikri gizlətmək üçündür. Deyilən edilməz, edilən deyilməz.” İnqilab orkestrinə kimlərin dirijorluq etdiyini xanım yazarımız “Üç vəd, üç tələb” kitabında bir cümlə ilə dolğun formada, bədii şəkildə belə ifadə edir: “Amerikanın donor spermasından on beş il İslam inqilabına hamilə olan İran (təbii ki, on beş illik hamiləlik bir inqilab üçün o qədər də uzun ömür deyildi) doğuş sancısını keçirib qurtaranda, imam Tehran hava limanında yerə ensə də, lakin günəşi bu şəhərdə qarşılamaq xoşbəxtliyinə nail olmadı.”
Müəllif zindandakı hadisələri öyrənmək üçün zindandan sağ çıxan qadınlarla söhbət edərək orada qadınlara qarşı aparılan zorakılıq və ən ağır cəzalardan xəbərdar olur. Romanın 3-cü kitabı “Qanlı orkestr” hissəsi məhz 480 nəfərlik qadın zindanında cəryan edən hadisələrin acınacaqlı hekayətləri ilə doludur.
Kitabın üz qapağında “Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində saatlı bomba partlayırdı.” oxucunu romanı oxumağa psixoloji baxımdan hazırlayan sərlövhəaltı cümlə 16 yaşından zindana düşüb edam hökmü almış, Beynəlxalq İnsan Haqları Amnistiya Təşkilatının köməkliyi sayəsində azyaşlı olduğu üçün azadlığını qazanmış bir qadının iç göynədən intervyusundandır. Bildiyimiz kimi, Beynəlxalq Hüquqa görə, 18 yaşına çatmamış adamı edam etmək cinayətdir. Hər cür cinayətdən özünü sığortalamış İran molla rejimi, bu qadının taleyini özü istədiyi kimi (?) həll edə bilməməyi həmin qadının edamından öncə adı gedən beynəlxalq təşkilatın hizbullah zindanında etdiyi müşahidə nəticəsində sağ qalmışdır.

Müəllif qeyd edir ki, İranın Ali Ruhani başçısı Ayətullah Xomeynin varisi (əsərdə Xomeyni ona sadəcə, varis deyə müraciət edir) Hüseyin Müntəziri ağaya müraciət edərək bildirib ki, zindanında günahsız insanlar səhvən edam olunublarsa onaların yeri hara olacaq? Cavab qısa və sadə olur: “Əlbəttə, behiştlik olacaqlar!” Və bir anlıq adama elə gəlir ki, cənnət və cəhənnəm deyilən cəfəng, uydurma məkanın bilet satanı məhz bu ağadır. Daha sonra Ayətullah Müntəziri Xomeyniyə müraciət edərək bildirir, zindandakı qız uşaqlarının edam edilməsi Quranda günah hesab olunur. Onda əmr edin qız uşaqlarının edamı dayandırılsın. O isə cavab verir ki, yox kafir kafirdir. Kafiri cinsə bölməyin özü günahdır. Bundan sonra Xomeyni göstəriş verir, zindandakı ölüm hökmü oxunmuş kafir qızların nikahı pastarlara (zindan gözətçilərinə) oxunsun. Bunla da, qoy, günah bizdən uzaq olsun. Sonra da nikahlanıb edam olunmuş qızın cənazəsi ailəsinə verilərkən onun mehriyyəsi də ailəsinə cənazənin üstündə verilsin. Mehriyyə qıza cehiz haqqı və həm də anasına südhaqqı kimi verilir. Belə bir zülmü allah qəbul etməz.

“İran Hizbullah zindanında” tarixi romanı faktlarla göstərir ki, İran islam inqilabı təsadüfdən yaranıb. Müəllif çox doğru olaraq qeyd edir inqilabın antihumanist mahiyyət daşdığını və insanı məhv etdiyini. Nəticə olaraq yenə də Asif Atanın bu sözləri ilə “Şüarlar, döyüşlər, manifestlər, yeni era və sair kimi hadisələr mahiyyətcə dünyanı öz köhnəlik dairəsindən çıxara bilmədi. Nədir bunun səbəbi? Bunun səbəbi insansızlıqdır. Adam insanlaşmalıdır.”
#Rza Rzayev
#Barinajans
#UCLFinal #katilimSokakta #Ailedanışmanlığısosyolojiktir #PSGINT #Linkin Park #Çağla Tuğaltay #Dembele #Hakimi #AF SOZÜNÜZ VAR #Adaletİçin İnfazdaEşitlik #Linke #Vurunca #Sevgili Haziran #Sayın #Gençler #CHP'li #31TemmuzCovidYasasıMağdurları
Haber Editörü
HASAN BARIN
Tel Aviv Yıkılıyor; Hürmüz Alev Alev!
Cumhurbaşkanı Erdoğan’dan Net Mesaj: “Toprağımıza Göz Dikene Hodri Meydan”
İran’da “Terör İttifakı” İddiası: PJAK ve Bazı Kürt Örgütlerinin Güney Azerbaycan Planı
Zengezur Özgürlük Harekatı Basın Açıklaması Yayınladı
Dr. Şehla ASLAN-Alfabe, Kimlik ve Tarihin Sessiz Tanıkları: “1926” Belgeseli Ne Anlatıyor?
İran’dan Savaşın Bitmesi İçin Üç Şart: “Haklarımız Tanınmalı ve Tazminat Ödenmeli"
Ergin Ataman: “Fenerbahçe’den Sonra Avrupa’nın En Başarılı Kulübüyüz”
Avrupa’dan İsrail ve ABD’ye Peş Peşe Mesajlar: Diplomatik Gerilim ve Sert Tepkiler
İran’da Yaralanan Türk TIR Şoförü Hüseyin Fırat Hayatını Kaybetti
İran’ın Yeni Dini Lideri Mücteba Hamaney ABD-İsrail Saldırısında Yaralandı
İran: “Kesintisiz Saldırı Dönemine Geçiyoruz”
ABD-İsrail – İran Savaşında Bilanço Ağırlaşıyor Orta Doğu’ya yayılan çatışmalarda binlerce kişi hayatını kaybetti, on binlerce kişi yaralandı
Kandil Dağları’ndan Savunma Bakanlığı’na: Sipan Hemo PKK saflarındaki bir militandan Şam’da devlet yetkilisine nasıl yükseldi?
Azer HASRET-Azerbaycan ve Türkiye et ve tırnak gibidir…
Tarihçi İlber Ortaylı yoğun bakımda
Ankara füzelerin kaynağını tespit etti: Tahran’ın doğusundan ateşlenmiş
Öğretmenlerin, Öğrencilerin, Velilerin Büyük Çoğunluğu Ara Tatilin Devamını İstiyor!
“Epstein adasındaki kurbanların anısına”
İsrail, İran'ın verdiği yıkımı sansürle gölgeliyor!
Bayraklı’da Ferdi Zeyrek Spor Kompleksi’nde Çalışmalar Sona Yaklaştı
Netanyahu'nun ek katliam bütçesi istemesi İsrail Meclisi’nde kıyameti koparttı
ABD Senatörü Blumenthal: “Hiçbir brifingden sonra bu kadar öfkeli çıkmadım.”
Galatasaray'dan aynı tarife; Liverpool’u tek golle devirdi
Sipan Hemo’nun Savunma Bakan Yardımcılığına Atandığı İddiası Suriye’de Tepki Yarattı
ABD istihbaratı: İran Hürmüz Boğazı’nı mayınlarla kapatmaya hazırlanıyor
“Türkiye bir yılda Yunanistan’ın 17 yılda yetiştirdiği astsubayı mezun ediyor”
İran’dan ateşkes iddialarına sert yanıt: “Kesinlikle ateşkes peşinde değiliz”
Tarihi Azerbaycan Türk toprakları veya Fars kimliği Makale II
İsrail’de Savaş Endişesi: “Kimse Bitmeyen Bir Hikâye İstemiyor”
İstanbul’da Kaybolan Bir Aşk
Yükleniyor





