• BIST 100

    17132,20%0,11
  • DOLAR

    43,72% 0,19
  • EURO

    51,92% -0,02
  • GRAM ALTIN

    7075,01% 2,56
  • Ç. ALTIN

    11673,05% -0,41

1920–1922-ci illərdə Azərbaycanda türkçülük

(Qazıməmməd Maarif Şöbəsinə aid bir arxiv sənədi əsasında dil, ad sistemi, arxiv dili və bölgə idarəçiliyinin incələnməsi)

24.01.2026 11:51:00 0
1920–1922-ci illərdə Azərbaycanda türkçülük

XX yüzilin əvvəlləri Azərbaycan tarixində türkçülük ideyasının ədəbi və publisistik müstəvidə olduğu kimi,  maarif, idarəçilik və rəsmi sənəd dili səviyyəsində də formalaşıb tətbiq edildiyi önəmli bir mərhələdir. Bu dönəmə aid arxiv sənədləri milli ideologiyanın gerçək ictimai praktikada necə təzahür etdiyini öyrənmək baxımından dəyərli qaynaqdır.

İncələnən sənəd köhnə ərəb qrafikalı Azərbaycan türkcəsində tərtib edilmiş, Qazıməmməd Maarif Şöbəsinə aid rəsmi qeydiyyat dəftəridir. Sənəd türkçülüyün bölgəiçi, maarifçi və institusional səviyyədə mövcudluğunu əyani şəkildə əks etdirir.

Araşdırılan material hazırda Şirvan Regional Dövlət Arxivində qorunur və Qazıməmməd (indiki Hacıqabul) bölgəsi ilə bağlıdır. Şirvan arxivi bölgənin yerli idarəçilik, maarif və ictimai həyatına dair zəngin sənəd fonduna malikdir. Qazıməmməd bölgəsi XX yüzilin əvvəllərində maarifçilik təşəbbüslərinin və milli düşüncənin bölgələrə yayılmasında önəmli rol oynayıb. Sənədin məhz Maarif Şöbəsinə aid olması türkçülüyün əsas dayaqlarından biri olan ana dilində təhsil və milli şüurun formalaşdırılması siyasətinin yerli səviyyədə sistemli şəkildə həyata keçirildiyini göstərir.

Sənəd üzərində öncə “1922” tarixinin yazılması, sonradan isə bu rəqəmin “1920” olaraq düzəldilməsi xüsusi elmi önəm daşıyır. Bu düzəliş sənədin Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı, lakin sovet idarəçilik mexanizmlərinin hələ tam oturuşmadığı keçid mərhələsində tərtib edildiyini göstərir.

1920-ci il tarixinin saxlanılması təsadüfi xarakter daşımır. Bu fakt Cümhuriyyət dönəmində formalaşmış milli idarəçilik və maarifçilik xəttinin hələ də regional səviyyədə yaşadığını sübut edir. Beləliklə, sənəd ideoloji baxımdan sırf sovet məzmunlu olmayıb, Cümhuriyyətin türkçü–maarifçi irsini daşıyan keçid mərhələsinin məhsuludur.

Arxiv dili xalqın özünüifadəsi kimi

Bu sənəddə istifadə olunan dil, necə deyərlər, yalnız texniki qeydiyyat vasitəsi deyil. Arxiv dili burada xalqın özünü necə dərk etdiyinin, öz sosial münasibətlərini və idarəçilik modelini necə qurduğunun yazılı ifadəsidir. Xalq öz adını, dilini, düşüncə tərzini və ictimai münasibətlərini arxiv sənədi vasitəsilə tarixə köçürür.

Sənəddə işlədilən “camaat”, “xidmət”, “məbləğ”, “cəmi”, “adları dəftərə alındı”, “ad və vəzifə”
kimi ifadələr rus və ya fars bürokratik üslubundan uzaq, dini və milli dil düşüncəsinə söykənən terminologiyanı əks etdirir. Bu fakt türkçülüyün əsas prinsipinə – milli dilin rəsmi statusuna uyğun gəlir. Burada arxiv dili ideoloji baxımdan neytral qalmayıb, milli kimliyin daşıyıcısı kimi çıxış edir.

Ad sistemi və milli identiklik

Sənəddə şəxslər ad, ata adı modeli ilə yazılıb; ruslaşdırılmış soyad formalarına (–ov/yev) rast gəlinmir. Bu fakt türkçülük baxımından önəmli bir göstəricidir.

Qazıməmməd Maarif Şöbəsinin sənədində yazılmış adlar:
1. Həsən bəy Məhəmməd oğlu
2. Əliqulu bəy Hüseyn oğlu
3. Mehdi ağa Əli oğlu
4. Əhməd bəy Qasım oğlu
5. Musa ağa İsmayıl oğlu
6. Kərbəlayi Rza Məşədi Əli oğlu
7. Süleyman bəy Hacı Abbas oğlu
8. Yusif ağa Məmmədtağı oğlu
9. Mirzə Əbdülkərim Əliqulu oğlu
10. Qurbanəli bəy Əhməd oğlu

Bu adlar fərdləri tanıtmaqla yanaşı, bütöv bir mədəni və dünyagörüş modelini təmsil edir. Adlarla yanaşı işlədilən bəy, ağa, mirzə kimi titulların qorunması sovet ideologiyasının bu mərhələdə hələ tam üstünlük qazanmadığını göstərir.

Adların semantik yükü də ideoloji anlam daşıyır. Məsələn, Əliqulu adı türk–islam mədəniyyət sintezinin ifadəsidir; Həsən, Mehdi kimi adlar isə əxlaqi və dini dəyərlərin (o dönəmdə) milli kimliyin, belə demək olarsa, bir tərkib hissəsinə çevrildiyini göstərir. Bu fakt türkçülüyün islamla təzadda olmadığını, bəlkə onu milli kimliyin dayaqlarından biri kimi qəbul etdiyini göstərir.

Maarif Şöbəsi və türkçülüyün institusional təzahürü

Sənədin Qazıməmməd Maarif Şöbəsinə aid olması türkçülüyün maarif sahəsində gerçək, praktik tətbiqini göstərir. Maarifçilik türkçülük ideologiyasının əsas sütunlarından biri olub. Ana dilində təhsilin bölgə səviyyəsində təşkil olunması milli şüurun formalaşmasına xidmət edib.

Beləliklə, Qazıməmməd Maarif Şöbəsinə aid bu sənəd ən azı 5 özəlliyə görə, öz dönəmində türkçülüyün birbaşa yazılı qaynağ kimi çıxış edir:
1. Rəsmi dilin Azərbaycan türkcəsi olması;
2. Milli ad və ata adı sisteminin qorunması;
3. Maarif strukturu içində tətbiq edilməsi;
4. 1920-ci il tarixinin saxlanılması;
5. Şirvan Regional Dövlət Arxivində orijinal formada qorunması.

1920–1922-ci illərə aid, Şirvan Regional Dövlət Arxivində saxlanan və Qazıməmməd Maarif Şöbəsinə məxsus bu sənəd Azərbaycan türkçülüyünün dil, maarif, arxiv dili və bölgədə idarəçilik səviyyəsində gerçək, sənədləşmiş təzahürlərini əks etdirən bir qaynaq sayıla bilər. Arxiv dili burada xalqın özünüifadə forması kimi çıxış edir və milli kimliyin yazıda qorunduğunu aydın şəkildə göstərir. Bu sənəd türkçülüyün bir ideya olmasının yanında, həmçinin yaşanmış və sənədləşmiş tarixi gerçəklik olduğunu göstərir.

Nəsibə NƏSİB (Məmmədova)

Dövlət Arxivinin Şirvan filialının direktoru

Haber Editörü

admin

NATO Tatbikatında Tarihi Atış: TCG Anadolu’dan Kalkan TB3 Hedefi Tam İsabetle Vurdu

Kilit ülke Türkiye! AB’den “maliyetleri düşürecek koridor” vurgusu

Samsun’da lise öğrencilerinden milyonlarca insanın hayatını kurtaran buluş

Fenerbahçe son saniyede kazandı, Yunanlılar Hazmedemedi, Atina Karıştı!

Çin’de, Sevgililer Günü'nde Sevgililere Büyük Sabotaj!

Güney Koreli futbolcu Jinho Jo, Konya’daki 96 yaşındaki Kore gazisi İhsan Damdam’ı ziyaret etti

İranlı Genç Kız Ne Güzel Anlatmış: “İran’da pedofiller asılır, ABD’de başkan olur”

Fenerbahçe ve SMS Grup İnşaat Forma Sponsorluğu Anlaşması İmzaladı:

Burdur’da Türk Dünyasının İki Büyük Mütefekkiri Anıldı

Trafik cezaları artırıldı! TBMM’de kabul edildi

ABD–İran-İsrail Hattında Sert Mesajlar Gölgesinde Muzakere

TİKA’dan Libya’da Tarihi Çocuk Tiyatrosuna Restorasyon

TİKA’dan Panama’da Çocuklara Mobil Oyun Alanı Desteği

Papa XIV. Leo: "Kendi topraklarında barış içinde yaşama hakkına sahip olan Filistin halkına yönelik Şiddet Artıyor”

A Milli Takım’ın Uluslar Ligi’ndeki Rakipleri Belli Oldu

Hisar-A Projesi’nde Yeni Aşama: Füze Fırlatma Sistemleri Envantere Girdi

Türkiye’de 100 Kişiden 45’i Gurbetçi: Nüfusun Yarısı Kayıtlı Olduğu İlin Dışında Yaşıyor

“İnsan Kalmanın Sınırında: Eda Nur Özyılmaz’dan Transhümanizm ve İslam Düşüncesi Arasında Derin Bir Yolculuk”

Özbekistan - Azerbaycan: Kardeş Devletler İlişkilerinin Yeni Ufukları...

ABD Emekli Albay Macgregor: “İsrail'in İran'dan Sonraki Hedefi Türkiye; Ama Türkiye İran Değil"

Halep’te “Bursa Cafe” açıldı

Mars’taki organik moleküller yaşam izine mi işaret ediyor?

Türk savunma sanayi firması CTech’ten Suudi Arabistan’da gövde gösterisi

Çin Ordusunda Topyekûn Yolsuzluk Tasfiyesi Sonucu Neredeyse Üst Düzey Komutan Kalmadı

İletişim Başkanı Duran’dan TBMM’deki Arbede Açıklaması: “Meşru Süreçleri Sabote Etmek Demokrasimize Saldırıdır”

Tokayev: “Kazakistan Süper Başkanlık Modelinden Uzaklaşıyor”

أهمية المجلس التركماني السوري ودوره الوطني في المرحلة الراهنة

Suriye Milletvekili Avukat Mehid İsa-Suriye Türkmen Meclisi’nin؛ Önemi ve Mevcut Dönemdeki Ulusal Rolü

Güney Azerbaycan Stratejik Araştırmalar Merkezi (SACSS) resmen faaliyete başladı

Epstein Savunup Koruyan Avukat, Aradığı Bağı İspatlarcasına Şimdi de Netanyahu’yu Savunuyor!

Yükleniyor

Haberi Sesli Oku

Erbil'de kapalı kapılar ardında Mazlum Abdi'ye sert tepki

Bu ülke havaya uçacak – Trump

Türk Dünyası Teşkilatı Beyan yayınladı

20 Ocak - Ulusal Gurur ve Kahramanlık Tarihimiz

Dün Erbil'de görüşülen Barrak planı

İran'daki karışıklıklar: Reuters 2.000 ölü bildirdi

İran - protestolar ve Azerbaycan

Yekaterinburg Belediyesi, aslen Azerbaycan türkü olan bir aileye verilen hediyeler nedeniyle eleştiriliyor

İsrail, “Demir Vuruş Operasyonu” adı verilen yeni bir askeri operasyona onay verdi.

Venezuela Devlet Başkanı nasıl tutuklandı?

Karabağ - ABD ve Sovyetler Birliği/Rusya işbirliği

Rusya, Bağımsız Devletler Topluluğu ülkelerinin bağımsızlığını reddediyor

Kürtler, yaklaşık 10 yıldır kontrol ettikleri Tabka'yı 10 saat içinde kaybettiler.

İran'a yönelik saldırı hazırlıkları başladı

Orban AB'den ayrılmayacağız; AB kendi kendine çökecek

New York Times: Trump'ın tehditlerinin ardından İranlı yetkililer acil bir toplantı düzenledi, protestolar ise devam ediyor.

İran'da hükümet karşıtı protestolarda ölenlerin sayısı artıyor

ABD, Venezuela'yı yönetecek – Trump

ABD, Venezuela Askeri Üslerine Saldırı Başlattı

Venezuela'nın başkentinde bir dizi patlama meydana geldi

التركمان في سوريا- الجذور التاريخية، والدور الوطني، والنضال القومي في بناء الدولة السورية التركمان في سورية

التركمان السوريون: صخرة الوطن وأصيل نضاله

İran, İşgal Altındaki Güney Azerbaycan’da Urmiye Gölü’nü Kasten Kurutuyor

Antalya’da Dünya Azerbaycanlılarının Tarihi Birliği

Suriye'de Müslüman yönetimine karşı isyan edenler kimlerdir? - Tural Irfan yazıyor

Talat Paşa’yı Saygıyla Anıyoruz

Tenzile Rüstemhanlı, İlber Ortaylı ile Görüştü Milletvekili Tenzile Rüstemhanlı,

Antik Roma'nın kurucuları olan Latinler, devlet kurma bilgisinin hemen tamamını, alfabeyi (ki biz onu Latince olarak biliyoruz), kültürü, bilimi, ekonomik yönetimi vb. Etrüsklerden almışlardır.

Yekaterinburg'da Azerbaycanlı bir öğretmene iftira atılmaya çalışıldı

Hayvanat Bahçesinde

Milli Eğitim Bakanı Tekin’den İngilizce eğitimine eleştiri: “Gramer ezberiyle dil öğrenilmez”

Minik Öğrencilerden Yerel Yönetime Anlamlı Ziyaret

Yuri Romanov'un "Ben Savaşı Çekiyorum... Hayatta Kalma Okulu" Kitabı Türkçeye Kazandırıldı

Demir Kırat: Rumeli’de Son Nöbet – Osmanlı’nın Balkanlardaki Son Direnişi

LİG TABLOSU

Takım O G M B Av P
1.GALATASARAY A.Ş. 22 17 1 4 40 55
2.FENERBAHÇE A.Ş. 22 15 0 7 31 52
3.TRABZONSPOR A.Ş. 22 13 3 6 17 45
4.GÖZTEPE A.Ş. 21 11 3 7 15 40
5.BEŞİKTAŞ A.Ş. 21 10 4 7 10 37
6.RAMS BAŞAKŞEHİR FUTBOL KULÜBÜ 21 9 6 6 14 33
7.SAMSUNSPOR A.Ş. 22 7 6 9 -2 30
8.GAZİANTEP FUTBOL KULÜBÜ A.Ş. 21 7 7 7 -6 28
9.KOCAELİSPOR 21 7 8 6 -4 27
10.CORENDON ALANYASPOR 22 5 6 11 -1 26
11.NATURA DÜNYASI GENÇLERBİRLİĞİ 22 6 11 5 -5 23
12.HESAP.COM ANTALYASPOR 22 6 11 5 -13 23
13.ÇAYKUR RİZESPOR A.Ş. 22 4 9 9 -9 21
14.TÜMOSAN KONYASPOR 22 4 10 8 -10 20
15.İKAS EYÜPSPOR 22 4 12 6 -17 18
16.KASIMPAŞA A.Ş. 21 3 11 7 -13 16
17.ZECORNER KAYSERİSPOR 21 2 10 9 -26 15
18.MISIRLI.COM.TR FATİH KARAGÜMRÜK 21 3 15 3 -21 12

YAZARLAR