Tarih: 17.12.2025 16:56

İƏT DÜNYANIN 14 ÖlKƏSİLƏ BİRLİKDƏ..

Facebook Twitter Linked-in


İslam Əməkdaşlıq Təşkilatı Yaradıcı Həftə 2025 adı ilə keçirilən açılış mərasimi isə 8-- 9 dekabrda Bakıdakı Konqres Mərkəzində uğurla davam etdi.Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli ,İslam Əməkdaşlıq Təşkilatı ( İƏT)Baş katininin xüsusi nümayəndəsi Tariq Ali Bakhit, Pakistanın Milli İrs və Mədəniyyət Naziri Mr.Aurangzeb Khan Khichi, Misirin Mədəniyyət Naziri Ahmed Fouad Abdelsalam Hanno , Liviyanın Mədəniyyət Naziri Mabrouka Tuffi Othman Aoki ,Fələstinin Mədəniyyət Naziri  Emad Al- Din Hamdan, Əlcəzairin Mədəniyyət və İncəsənət Naziri  Ms.Dr.Malika Bendouda və Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Nadir Alparslan çıxış etdi.


Sonra panellər üzrə müzakirələr  başladı..
Panellər, Rəqəmsal dövrdə  İslam Ölkələrinin Mədəniyyəti üzrə ekspert və rəhbərlərin iştirakı ilə rəqəmsallaşan dünyada İslam mədəniyyətinin qorunması, öyrədilməsi və gələcək nəsillərə çatdırılması məsələlərinə həsr olunmaqla,əsas məqsəd--süni intellekt(Al), rəqəmsal platformalar və yeni texnoloğiyaların vasitəsilə İslam  mədəni irsinin öyrənilməsi və təbliğini daha effektiv, interaktiv və əlçatan hala gətirməkdir. Panel müzakirələri aşağıdakı mövzuları əhatə edirdi:
*  İslam mədəniyyətinin rəqəmsal qorunması və təbliği:
*Mədəni irsin rəqəmsallaşdırılması, virtual muzeylər və açıq mədəni  platformalar vasitəsilə biliklərin yayılması.


* Təhsildə süni intellektin tətbiqi: 
* Al əsaslı öyrənmə sistemləri, fərdi tədris modelləri və mədəni biliklərin yeni nəsillərə çatdırılmasında onların rolu.
* * Qadın liderliyi və mədəni innovasiya:Qadın rəhbərliyində olan startop və təşəbbüslərin İslam mədəniyyəti və təhsil sahəsində yaratdığı yeniliklər.
* * Yaradıcı sənayelər və texnoloğiyanın birləşməsi:Rəqəmsal dizayn, oyunlaşdırma(gomification) və film sənayesi.
*   * Beynəlxalq əməkdaşlıq və İƏT ,lRCİCA və diğər beynəlxalq  qurumların bu istiqamətdə rolu və birgə  layihə imkanları.
    Göstərilmiş  mövzuların açıqlanmasında Azərbaycan Mədəniyyət Nazirliyinin Xarici Əlaqələr sektorunun müdiri Aydan Nuralizadə, Mərakeş İƏT nın Mədəniyyət İşləri Departamentinin direktoru  Dr.Alhoucine Rhazoui , Türkiyə lRClCA- nın Baş direktoru Prof .Dr.Mahmud Erol Kılıch ,Azərbaycan 4SİM İcraçı direktoru Fariz Cəfərov , BƏƏ Mistika qurumunun İcraçı  Yaradıcılıq direktoru və həmtəsisçisi Mohammad Jamal Abdelfattah, Seneqal  İƏT- in Məlumat  və Mədəniyyət işləri üzrə Daimi Komitəsinin Baş  direktoru  Dr.Ameth Diallo və Azərbaycan/ ABŞ ölkələrinin ABŞ -da Mədəniyyət və Təhsil İnstitunun Baş direktoru  Vasif Eyvazzadə ətraflı məlumat verdilər.


Bu və digər Panellərdə də  yaradıcı insanların öz istedadlarını bazarda dəyərə çevrilməsi, peşəkar biznes modelinə  adaptasiya olunması və bu prosesdə qarşılaşdııqları çətinliklər, müxtəlif sahələrdə  - moda, dizayn, zərgərlik, sənətkarlıq və sosial sahibkarlıqda uğur  qazanmış yerli və beynəlxalq spikerlər öz təcrübələrini paylaşdılar. Yeri gəlmişkən , onu da qeyd edək ki, pavilyonlarda təqdim olunan sərgilərdə sadalanmış nümunələr öz əksini tapmışdır.Bütün nümayiş olunan əl işləri, rəsmlər və digər sahələrin nümunələri iştirakçılar tərəfindən heyranlıqla qarşılanmışdır.Dost ölkələrin bayraqları önündə xatirə şəkilləri çəkildi...

NƏZAKƏT EMİNQIZI, AYB,AJB  və P.E.N klubun üzvü, yazar- publisist.
Bakı  8- 12 .2025.




Orjinal Habere Git
— HABER SONU —